Kişi arvadını və intim əlaqədə olduğu ustanı öldürdü - Cinayətin TƏFƏRRÜATI

Kişi arvadını və intim əlaqədə olduğu ustanı öldürdü - Cinayətin TƏFƏRRÜATITərtər rayonunda 1979-cu il təvəllüdlü Cavad qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nuranəni və onunla intim münasibətdə olduğu Sərxanı (adlar şərti verilib - red.) qətlə yetirib.

Sonxeber.az "Teleqraf"a istinadən xəbər verir ki, Tərtər rayon sakini Cavad 1981-ci il təvəllüdlü arvadı Nuranənin ona qarşı olan münasibətində əvvəlki qaydada rəğbət bəsləməyib soyuqluq göstərməsi səbəbindən xəyanət edəcəyindən şübhələnib.

O, arvadı Nuranənin evdə olduğu müddətdə başqa şəxslərlə əlaqəsinin olub-olmamasını aydınlaşdırmaq üçün istifadəsində olan telefonda səs yazan mobil tətbiqi aktiv edib, evin müxtəlif yerlərində gizlədib. Arvadının qonşuluqda yaşayan qaynının evində təmir işləri aparan usta 1992-ci il təvəllüdlü Sərxanla yaxın münasibətdə olmasını ehtimal edib.

Cavad 19 fevral 2023-cü ildə, gecə saat 03:45-də evində olarkən arvadını özünün yatdığı yataq otağına dəvət edib və söhbət edərkən ona qarşı verdiyi reaksiyalarda cüzi səbəbləri əsas gətirməklə onu öldürmək qərarına gəlib.

Daha sonra öz cinayətkar niyyətini reallaşdırmaq məqsədilə əvvəlcədən yataq otağındakı çarpayının altında gizlətdiyi mətbəx bıçağını götürüb və Nuranənin səs salmasının qarşısını almaq məqsədilə otaqda olan yastıqla sifət nahiyəsini bağlayıb, boğazını bıçaqla kəsərək öldürüb.

Cavad həmin gün saat 09:15-də usta Sərxanın atası ilə birlikdə qaynının fərdi yaşayış evinə gələrək təmir tikinti işlərinə başladığını və vedrə ilə ona məxsus fərdi yaşayış evinin həyətində yerləşən su krantına yaxınlaşaraq su aparmasından istifadə etdiyini görüb. O, yaranmış fürsəti dəyərləndirmək məqsədilə Sərxanı öz təşəbbüsü ilə münaqişəyə çəkib və söhbət əsnasında onun üzərinə gəlməsini bəhanə edib. Atasından yadigar qalmış ov tüfəngi ilə Sərxana ümumilikdə dörd dəfə atəş açıb. Sərxan aldığı xəsarətlərdən ölüb.

İstintaq orqanı tərəfindən Cavadın barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham elan edilib.

"İkisinin də güllələndiyini dedim"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavad özünü ona elan edilmiş Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirli bilməyib. Ona qarşı verilmiş mülki iddianı isə qəbul etməyib. Özünü Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə təqsirli bilib və ifadəsində göstərib ki, hadisədən 3-4 ay əvvəl həyat yoldaşının ona qarşı soyuq münasibətini hiss edib:

"Həmin vaxt evdə digər ustalarla birlikdə oğlum da işləyib, ev tikiblər. Bizim həyətimizə bitişik sahəni, qardaşımın torpağını qaynım Azər aldı. Üçümüz də işləməyə başladıqdan bir müddət sonra ustalardan Əsədin oğlu Sərxanın nəsə narahat olduğunu gördüm. Şübhələndim, onlarla oturanda misal çəkərək, "eşitmisizmi bir adam bazardan gedəndə əlində yük var imiş, verib başqasına ki, apar bizə, o da soruşub evdə kişi varmı, adam da deyib ki, evə gedənin kişiliyi lazımdı, evdə kişinin olmağı yox!" dedim. Başqa misal da çəkdim, əslində belə hal olmasa da, guya tanıdığım bir yoldaş olduğunu, usta kimi xalası nəvəsini evə işləməyə gətirdiyini, sonra yoldaşı ilə ustanın münasibəti olduğunu öyrənərək ikisini də güllələdiyini dedim".

"Bir-birimizi öldürmək istədik"

Cavadın sözlərinə görə, 15 yanvar 2023-cü ildə, günorta içkili olub, uşaqlarla oynayıb, sonra arvadı Nuranənin başına sığal çəkmək istəyəndə arvadı onu itələyib:

"Buna görə arvadıma bir şillə vurdum. Aramızda problemlər başladı. Nuranə əvvəlcə bacısına, sonra da qardaşına zəng etdi. Evdə uşaqlar dayıları Azərin gəldiyini dedilər. Azərlə söhbətlərimiz o həddə çatdı ki, bir-birimizi öldürmək istədik. Hətta Azər əlinə bıçaq da aldı. Davamız isə niyə onun bacısına şillə vurmaq üstündə oldu. Azər gedəndən sonra zəng etsəm də, "adboy" verdi. Ondan getməməsini, gecə qalmağı, söhbət etməyi tələb etsəm də, Azər getdi. Səhəri 10 radələrində "WhatsApp" sosial şəbəkəsi vasitəsilə Azərə səslər atdım, əvvəlki gün bir-birimizi az qala öldürəcəyimizlə bağlı yaza bilmədiyim üçün səs göndərdim. Azər mənimlə razılaşdı, "əvvəlki günə lənət, sən mənim böyük qardaşımsan" dedi. Aramızda səsli mesajlar olub".

"İstəyərək öldürməmişəm"

Cavad qeyd edib ki, daha sonra telefonu səsyazmaya qoyub və müxtəlif yerlərə yerləşdirib: "Yanvarın 27-də olan səsyazmada ustalar çölə çıxandan sonra Nuranə içəri keçib, Sərxan atası Əsəd ilə söhbət edərkən Nuranənin onun yanından keçəndə "nə durmusan gözümün qabağında" dediyi aydın eşidilirdi. Nuranənin 2 telefonu olub, birini gizli işlədib. Sonrakı səsdə isə Əsədin nalayiq ifadə işlədərək "nə iş görürsünüz?!" deməyi eşidilir. Bu zaman isə Nuranə ilə Əsədin arasında mübahisə olur. Başqa bir səs yazısında isə qadın ayaq səsi eşidilir, qapıdan içəri keçilməsi, ardınca isə kişi ayaq səsinin tələsik getdiyi eşidilir. Mən nə arvadımı, nə də Sərxanı istəyərək öldürmüşəm. Sərxan həmin vaxt içkili olub".

"Bıçağı boğazına bir dəfə çəkdim"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, fevralın 9-dakı səs yazıları isə həyətdəki hamam otağında qeydə alınıb, Əsədin oradan da keçəndə "yenə nə səs-küydür" deməsi eşidilib: "Bütün bunlar Əsədin də hər şeydən xəbəri olduğunu göstərir. Hadisə günü gecə uşaqlar yatmışdı. Nuranəni otağa çağırdım və "mənə niyə xəyanət etmisən?!" soruşdum. Əvvəlcə imtina edərək "yox, mən sənə xəyanət etməmişəm" desə də, ona telefondakı səsyazmalarına qulaq asdırdım. Qapını da heç kim otağa girə bilməsin deyə bağladım. Daha sonra əsəblərimi cilovlaya bilmədim və əlimdəki yastıqla ağzını yumdum. Digər əlimdəki mətbəx bıçağı ilə boğazına bir dəfə çəkdim. Sonra əlim ilə bıçağı tutmaq istəyəndə bıçaq əlimi kəsdi və yerə yıxıldım. Sonra səs-küyə uşaqlar da oyanaraq çölə çıxdılar. Uşaqlara "gedin uzanın yerinizə, mən də gəlirəm" dedim. Hamamda yuyundum, uşaqların yanına qayıtdım. Bir az uşaqlarla bir yerdə uzanaraq söhbət etdim. Oğlum "anam haradadır?" soruşdu. Ona "ananızı qovdum, bir daha qayıtmayacaq" dedim. Səhər uşaqları yedirdim və paltarlarını geyindirərək anamgilə aparmaq istədim. Qardaşım ilə danışaraq uşaqları bazarın yanında qardaşıma verdim".

"Polisə təslim olmağa getdim"

Cavad deyib ki, daha sonra isə evə qonşuluğunda qaynının evində usta kimi işləyən və onun arvadı ilə intim əlaqədə olaraq ona xəyanət edən Sərxanla söhbət etməyə qayıdıb:

"Saat 09:00-da Sərxan həyətə su doldurmağa gələndə onu çağırdım və "niyə bizim evə söz-söhbət salırsan?" deyə bildirdim. Sərxan da mənə məcburi heç nə etmədiyini deyəndə əsəbiləşdim və ona tərəf atəş açdım. Birinci güllə dəyəndən sonra o yıxılmadı, yenə üstümə gəldiyi üçün qorxaraq ikinci dəfə də atəş açdım. Bu zaman Sərxan yerə yıxıldı. Sərxan yıxılandan sonra səsə atası gəldi. Sərxanı yerdə görəndə gözlərindən yaş gəldi. Onu da vurmaq istəsəm də, yazığım gəldiyi üçün ona atəş açmadım. Ona "niyə bizi bədbəxt etdiniz?!" sözlərini deyəndən sonra getdim. Bundan sonra geri qayıdaraq, digər gülləni götürdüm və yerə atdım. Sonra isə bıçağı və tüfəngi götürərək, avtomobilimin arxa oturacağına qoydum və polisə təslim olmağa getdim".

"İkimizdən başqa heç kim olmayıb"

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, Nuranə və Sərxanı ona xəyanət etdikləri və əxlaqsızlığa baxmayaraq, özlərini laqeyd aparmaları və soruşanda onunla aqressiv danışdıqlarına görə qəzəblənərək öldürüb:

"Bundan əvvəl telefonumu səsyazmaya qoyaraq evin müxtəlif yerlərinə və həyətdəki hamam otağına qoymuşam. Xəyanət etdiklərini dəqiqləşdirmişəm. Əslində Sərxanın ölümünün səbəbkarı da arvadım Nuranə olub. Nuranəni öldürən vaxt yataq otağında ikimızdən başqa heç kim olmayıb. Boğazını kəsdikdən sonra azyaşlı uşaqlarım səs-küyə yanımıza gəlmək istəsələr də, qapı bağlı olduğu üçün içəri girə bilmədilər. Sərxana atəş açanda ikimizdən başqa heç kim olmayıb".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cavad ömürlük azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, ömürlük cəza alan şəxsə əfv haqqında vəsatət qaldırmaq hüququ izah edilib.

Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verib. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli hökmündən narazı olduğunu qeyd edib.

Təqsirləndirilən şəxs apellyasiya şikayətində qeyd edib ki, zərərçəkmiş şəxsləri öldürərkən niyyəti onlara əzab, işgəncə vermək olmayıb və onları xüsusi amansızlıqla öldürməyib.

Şikayətçi qeyd edib ki, Nuranənin əlində və üzündə olan xəsarətlər normaldır: "Öldürüləcəyini bilən hər şəxs kimi sakit durmayıb, müqavimət göstərib. Sərxanı atasının gözü qarşısında öldürməmişəm. Ümumiyyətlə, Sərxanı öldürmək niyyətim olmayıb. Lakin onun həmin an dediyi sözə əsəbiləşərək onu öldürmüşəm".

Təqsirləndirilən şəxs şikayətində iki azyaşlı övladının olmasının nəzərə alınmasını və ona təyin edilmiş ömürlük azadlıqdan məhrumetmə cəzasının 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmasını xahiş edib.

Cavadın şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, şikayət təmin olunmayıb.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3544   Tarix: 12 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tut ağacından yıxılıb öldü

Gəncə sakini ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsi AKTA 6 ünvanında baş verib. Belə ki, 62 yaşlı Bəhram Aslanov tut ağacından yıxılıb və hadisə yerində vəfat edib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb

13 iyun
.

"Namus məsələsidirsə, qızımı öldürəndən sonra kartı niyə götürüb?"

İyunun 1-də paytaxtın Ramana qəsəbəsində 31 yaşlı Gülüzar Məmmədovanın qayınatası Adıgözəl Məmmədov tərəfindən qətlə yetirilməsi geniş müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, mərhumun ailə üzvləri hadisənin təfərrüatlarını danışıb. G.Məmmədovanın atası Tapdıq Şükürov "Dialo

4 iyun
.

Azərbaycanda qadın tiktoker insan alverinə görə HƏBS OLUNDU

Sosial şəbəkələrdə "Enoor" adı ilə tanınan Elnar Quliyeva cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, o, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Elnar Quliyevaya qarşı Cinayə

11 aprel
.

Dəhşətli cinayət: Ana torpağa basdırılmış, oğlu güllələnmiş halda tapıldı

Hatayın İskenderun rayonunda baş verən dəhşətli hadisə nəticəsində ana və oğlu ölü halda tapılıb. türk mediasına istinadən xəbər verir ki, sözügedən ərazidə heyvan otaran çoban torpaq üzərində meyit aşkar edərək vəziyyət barədə jandarmaya məlumat verib. Hadisə yerinə cəlb olunan əməkdaşlar tərəfində

16 aprel
.

Masazırda 2 qadın qətlə yetirildi - Adları məlum oldu - Yenilənib

Masazır qəsəbəsində 2 nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün Abşeron rayonu Masazır qəsəbəsində 39 və 30 yaşlı iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub. Hazırda polis əməkdaşları tərəfində

11 aprel
.

Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı-Foto

Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub. APA-ya istinadən xəbər verir ki, hadisə bu gün "Şuşa şəhərciyi"ndə qeydə alınıb. Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaqlayaraq öldürüb. Adıgözəl Məmmədov saxlanılıb

1 iyun
.

Həmin 15 yaşlı məktəbli saxlanıldı

Aprelin 18-i sosial şəbəkələrdə 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfl

21 aprel
.

Sevgilisini xüsusi amansızlıqla öldürən iş adamı ilə bağlı YENİ QƏRAR

Bakıda sevgilisini anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmənin növbəti proses keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəf təqsirləndiriləni

10 aprel
.

10 yaşlı məktəblini dərsə gedərkən it qapdı

Biləsuvar rayonunda məktəbli oğlan sahibsiz itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Belə ki, 10 yaşlı Q.Y. məktəbə gedərkən yolda it ona hücum edib. Uşaq ayaq nahiyəsindən xəsarət alıb. Yaralı dərhal rayon xəstəxanasına çatdırılıb, ona zərur

2 aprel