Azərbaycançılıq – milli həmrəyliyin və dövlətçilik ideologiyasının təməli - AÇIQLAMA
"Müstəqillik əldə etdikdən sonra milli-mənəvi dəyərlərimizi sistemli şəkildə konseptuallaşdıraraq qorumaq və təbliğ etmək vəzifəsi xalqımızın qarşısında başlıca məsələ kimi dayanırdı. Bunun üçün isə məqsədyönlü dövlət dəstəyi və qayğısı tələb olunurdu. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu missiyanın reallaşdırılması istiqamətində strategiya hazırlandı və onun sistemli şəkildə icrasına başlanıldı".
Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.
O, açıqlamasında qeyd edib ki, Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası ümumbəşəri mahiyyət daşıyan və milli dəyərlərə cavab verən prinsipləri özündə birləşdirərək milli həmrəyliyi təmin edən mənəvi-ideoloji mexanizmə çevrildi:
"Azərbaycançılıq təkcə ölkə daxilində yaşayan insanları deyil, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyi oldu. Görülən davamlı tədbirlər nəticəsində azərbaycançılıq ideologiyası xalqın və dövlətimizin məfkurəsinə çevrildi və milli inkişafın praktik modelinə dönüştü.
Azərbaycançılıq ideologiyası real tarixi keçmişimiz, milli mentalitetimiz və mövcud dəyərlərimizlə sıx bağlı olduğuna görə, cəmiyyət tərəfindən tez bir zamanda qəbul edildi. Ən vacibi isə bu ideologiya siyasi mənsubiyyətindən və dini əqidəsindən asılı olmayaraq bütün etnik qrupların və milli azlıqların hüquqlarını tanıdığı üçün milli həmrəyliyin əsas mənbəyi oldu. Başqa sözlə, ictimai şüurun spesifik səviyyəsi kimi azərbaycançılıq ideologiyası müstəqil Azərbaycan dövlətinin ideya əsasına və dünya azərbaycanlılarını birləşdirən milli məfkurəyə çevrildi. O, ölkədəki bütün konfessiya və etnosların sivil və həmrəy şəkildə birgə yaşamasını təmin edən ideoloji baza rolunu oynadı.
Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmlənməsi, güclənməsi naminə çalışmalı, bu yolda öz töhfəsini əsirgəməməlidir. Biz 44 günlük Vətən müharibəsində də bunun şahidi olduq: xalqımızın birliyi və həmrəyliyi qələbəmizi təmin edən əsas amillərdən biri oldu. Azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin inkişafında mühüm rol oynayır və məhz bu ideologiya bizi birləşdirən əsas dəyərdir".
Vüsalə İbrahimli
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təbliği" mövzusuna uyğun olaraq dərc edilir.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?