Ulduzların "sirri" Trampa təsir etmədi: "Heç olmasa dostumun ürəyi rahat olur"

Ulduzların "sirri" Trampa təsir etmədi: "Heç olmasa dostumun ürəyi rahat olur"ABŞ Prezidenti Donald Tramp ölkənin əhalisi tərəfindən arıqlamaq üçün tez-tez istifadə olunan məşhur diabet dərmanı "Ozempic" haqqında fikirlərini bildirib. O bu preparatı effektsiz adlandırıb.

Oxu.Az-ın verdiyi məlumata görə, Ağ Ev rəhbəri bu barədə "Fox News" telekanalına verdiyi müsahibədə danışıb.

Trampın sözlərinə görə, onun artıq çəkidən əziyyət çəkən dostlarından biri bu dərmanı Londonda alıb.

"Mən ona köklər üçün iynə deyirəm. Düzünü desəm, bu dərmanın işlədiyinə inanmıram, amma heç olmasa dostumun ürəyi bir az rahat olur", - deyə dövlət başçısı vurğulayıb.

Ağ Evin rəhbəri onu da bildirib ki, həmin dostunun adını açıqlamamağa söz verib, çünki dostu ictimaiyyətə ifşa olunmaqdan qorxur. Lakin o da əlavə edib ki, Londonda bu dərman ABŞ-dən 15 dəfə ucuz başa gəlir.

Xatırladaq ki, "Ozempic" ikinci tip şəkərli diabet xəstələri üçün qlükoza səviyyəsini normallaşdırmağa kömək edən dərmandır. Bu vasitə təbii GLP-1 hormonunun təsirini gücləndirir və iki əsas mexanizmi işə salır: beyinin aclıq mərkəzinə təsir edərək iştahanı azaldır və mədənin boşalmasını yavaşladaraq toxluq hissini uzadır - bütün bu təsirlər birgə olaraq insanın zəhmətsiz şəkildə arıqlamasına imkan yaradır. Məhz bu xüsusiyyətinə görə "Ozempic" Hollivud ulduzları və digər məşhurlar arasında son dərəcə populyarlaşıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 644   Tarix: 14 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Vəhşi çay" filminin çəkilişində FACİƏ baş verəcəkmiş: Ulduz aktrisa suda boğulurmuş

Müasir dövrün ən yaxşı aktrisalarından biri hesab edilən Meril Strip 1994-cü ildə çəkiliş meydançasında həlak olan aktyorların faciəvi siyahısına daxil olmağa çox yaxın idi. xarici mediaya istinadla xəbər verir ki, gərgin süjetli "Vəhşi çay" filmi üzərində işləyərkən aktrisa həyatı bahasın

7 may
.

Narazı gəlin diqqət çəkdi - VİDEO

Toy məclislərindən birində lentə alınan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. xəbər verir ki, yayılan kadrlarda ən çox diqqət çəkən məqam gəlinin üz ifadəsi olub. İzləyicilər onun narazı və bir qədər soyuq göründüyünü qeyd ediblər. Görüntülərdə cütlüyün rəqs etdiyi anlar da yer alıb

3 may
.

Faydaları sizi heyrətləndirəcək!

Reyhan min bir dərdə şəfa verən bitki kimi tanınır. "Qafqazinfo" xəbər verir ki, 2500 ildən çoxdur Yaxın Şərq və Aralıq dənizi hövzəsində dərman məqsədilə əkilən reyhan, sağlamlıq üçün bir çox faydalara malikdir. Vətəni Hindistan olan bu bitki acı, kəskin, lakin dadı ilə seçilir və yalnız qid

5 may
.

Gecəyarısı qapıları döyüldü, kameraya baxanda dəhşətə gəldilər - VİDEO

ABŞ-da naməlum şəxsin küçədə təhlükəli davranışlar sərgiləməsi yerli sakinlər arasında ciddi narahatlıq yaradıb. xarici mediaya istinadən xəbər verir ki, 56 yaşlı Brian Mattson küçə ilə hərəkət edərkən təsadüfi evlərin qapılarını döyüb və əlindəki bıçaqla hücum hərəkətləri edib. Onun bu davranışlar

4 may
.

Əkizdirlər, amma doğma bacı deyillər

İngiltərədə yaşayan əkiz bacılar Mişel və Laviniya Osborn həyatlarını alt-üst edən bir DNT testi ilə üzləşiblər. xarici mediaya istinadən xəbər verir ko, bir neçə dəqiqəlik fərqlə eyni anadan doğulsalar da, bacıların fərqli ataları olduğu məlum olub. Bu nadir hadisə tibbdə "heteropaternal superfekundasiya"

4 may
.

Ailələri ilə şouya qatılan qadınların reaksiyaları diqqət çəkdi - VİDEO

Ailələri, uşaqları və həyat yoldaşları ilə birlikdə şou proqramına qatılan qadınların səhnədəki performansa verdiyi reaksiyalar gündəm olub. xarici mediaya istinadən xəbər verir ki, səhnəyə çıxan əzələli performansçı təqdim etdiyi şou ilə izləyicilərin diqqətini cəlb edib. Xüsusilə zalda əyləşən qadınları

4 may
.

Qalmaqal: Kim Kardaşyanın oğluna anasının şəxsi videoları göstərildi

Dünyaca məşhur teleulduz Kim Kardaşyan 6 yaşlı oğlu Sentin üzləşdiyi xoşagəlməz hadisə ilə bağlı hüquqi mübarizəyə başlayıb. xarici mediaya istinadən xəbər verir ki, Sent populyar onlayn oyun platformasında vaxt keçirərkən qarşısına anasının keçmişdə çəkilmiş şəxsi görüntüləri ilə bağlı reklam çıxıb

5 may
.

Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi

Numerologiyaya görə, insanın doğum tarixi onun xarakteri və münasibətlərdə davranışı ilə əlaqələndirilə bilər. Mütəxəssislər bildirirlər ki, bəzi rəqəmlər daha güclü və müstəqil xarakter xüsusiyyətləri ilə əlaqələndirilir və bu da bəzən münasibətləri çətinləşdirə bilər. xarici mediaya istinadla xəbə

4 may
.

Qadın gecə 3-də evə gələn ərini belə CƏZALANDIRDI - VİDEO

Gecə saatlarında baş verən ailə hadisəsi sosial şəbəkələrdə geniş müzakirə doğurub. xəbər verir ki, gecə saat 3 radələrində evə qayıdan kişi gözləmədiyi reaksiya ilə qarşılaşıb. Həyat yoldaşı qapını açmaqdan imtina edib və ərini qapı arxasında saxlayıb. Hadisə zamanı ər-arvad arasında qapı arxasında

3 may