Müğənniyə medal verilməsi gündəm yaratdı - "Necə aldığını açıqlamır"

Müğənniyə medal verilməsi gündəm yaratdı - "Necə aldığını açıqlamır"Müğənni Nigar Rəhimovanın "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsi bir neçə gündür ki, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Əsasən hərbçilərin təltif edildiyi bu medalın ifaçıya təqdim edilməsi birmənalı qarşılamayıb.

"Qafqazinfo" xəbər verir ki, bu gün hərbi ekspert Ədalət Verdiyev də məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, Nigar Rəhimova özü bu barədə məlumat yaysa da, sonradan tənqidlərə tab gətirməyərək statusunu silib: "Ona bu təltifin hansı hərbi hissədə, hansı qurum tərəfindən və hansı xüsusi xidmətlərinə görə təqdim edildiyini açıqlamır".

Müğənniyə medal verilməsi gündəm yaratdı - "Necə aldığını açıqlamır"Məsələ ilə bağlı Nigar Rəhimovanın köməkçisi bir neçə gün öncə Musavat.com-a açıqlama verib: "Sosial şəbəkələrdə Nigar xanım haqqında artıq-əskik sözlər yazanlar, onun şərəf və ləyaqətini aşağılayanlar qanun qarşısında cavab verəcək. Xanım özü dövlətin qulluğunda xidmətindədir. Hər halda dövlətimiz necə qərar veribsə, elə də addım atılıb. Əlavə suala cavab vermək istəmirik".

Məsələni müzakirəyə çıxaranların çoxu Nigar Rəhimovanı tanımadıqlarını vurğulayırlar. Müğənni ilə bağlı kiçik araşdırma apardıqda onun daha çox şadlıq məclislərində iştirakını əks etdirən videoları ilə qarşılaşdıq. O, eyni zamanda III "Muğam televiziya müsabiqəsi 2011"in iştirakçısı da olub. Sosial şəbəkələrdə yayılan məlumata görə isə N.Rəhimova həm də Azərbaycan Silahlı Qüvvələrinin solistidir.

İfaçı öz yutub kanalında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun qarşısında oxuduğu mahnını da paylaşıb. O, illər əvvəl bu video ilə də gündəmə gəlibmiş.

N.Rəhimova həm də 2020-ci ildə karantin günlərində paytaxtın Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin sakinləri ilə birlikdə mənzillərin eyvanlarına çıxaraq "Yaşa Azərbaycan" mahnısını ifa edən müğənnilərin arasında olub.
Müğənniyə medal verilməsi gündəm yaratdı - "Necə aldığını açıqlamır"Bəs "Vətən müharibəsi iştirakçısı" medalı kimlərə verilir?

"Vətən müharibəsi iştirakçısı" medalı ilə Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri təltif edilir.

Müğənniyə medal verilməsi gündəm yaratdı - "Necə aldığını açıqlamır"Müğənniyə medal verilməsi gündəm yaratdı - "Necə aldığını açıqlamır"Müğənniyə medal verilməsi gündəm yaratdı - "Necə aldığını açıqlamır"Müğənniyə medal verilməsi gündəm yaratdı - "Necə aldığını açıqlamır"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1370   Tarix: 15 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI

Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar

22 sentyabr
.

Sentyabrın pensiyaları ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd

22 sentyabr
.

Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi

Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy

23 sentyabr
.

Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı

Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind

23 sentyabr
.

Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?

Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında

22 sentyabr
.

Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i

23 sentyabr
.

"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası

Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi

23 sentyabr
.

Vahid məktəbli geyim formasının tətbiqi ümumi sosial bərabərliyin qorunması baxımından vacibdir - ŞƏRH

"Vahid məktəbli geyim formasının tətbiqi ümumi sosial bərabərliyin qorunması və inklüzivliyin təmin edilməsi baxımından vacibdir. Hər bir şagirdin vahid geyim formasından istifadə etməsinə diqqət yetirilməlidir. Bəzi şagirdlər dini elementlər daşıyan geyimlərə üstünlük verə bilərlər. Lakin həm "Din

22 sentyabr
.

Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir

Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi

22 sentyabr