Bakıda koronavirus yayılıb? - Tibbi ekspert açıqladı
"Rəsmi statistika olmadan nəsə demək çətindir. Klassik mövsümi respirator xəstəlikləri hər yazda olur. İndi may ayı çox qeyri-stabil keçir. Bir gün +28, səhəri gün isə +14 dərəcə olur".
Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert Müşfiq Hüseynov Bakıda COVID-19 infeksiyasının yayılması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Ekspert bildirib ki, hava şəraitinin qeyri-sabit keçməsi özü ilə soyuqlama və respirator problemlər gətirir:
"Hər bir qrip isə bu və ya digər formada virus formasıdır. Virus bəzən yüngül, bəzən ağır keçir. Buna xüsusi diqqət ayırıb, ictimailəşdirməyin mənası yoxdur. Hər kəs nəyi edib, nəyi etməyəcəyini çox gözəl bilir".
Ekspert hər kəsə öz sağlamlığının qayğısına qalmağı tövsiyə edib:
"Klassikləşən tədbirlər paketi var. Kəskin hava dəyişikliyindən özünüzü qoruyun, normal mövsümi tərəvəzlərlə qidalanın, vaxtında yatın, təmiz havada gəzin və s. Hər bir xəstəlikdə ən düzgün yol ondan qorunmaqdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 962 Tarix: 15 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabrTaksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını
24 sentyabr"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası
Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi
23 sentyabrPaytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar
23 sentyabrBakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş
23 sentyabr