Qan donduran ailə dramı: Güllələdiyi əmisi oğlu kitabçıda can verdi - VİDEO

Qan donduran ailə dramı: Güllələdiyi əmisi oğlu kitabçıda can verdi - VİDEOTürkiyənin Samsun şəhərinin İlkadım rayonunda qan donduran bir hadisə baş verib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 16 yaşlı Mert T., bacısını evlənmək məqsədilə qaçıran əmisi oğlu 29 yaşlı Gökhan T.-ni küçənin ortasında tapança ilə güllələyib. Gökhan T. sinəsindən və qarın nahiyəsindən ağır yaralanıb. Hadisə zamanı yaxınlıqdakı kafelərdən birində oturan Doğan A. da gülləyə tuş gələrək yaralanıb.

Gökhan T. sinəsindən aldığı güllə yarası ilə yaxınlıqdakı bir kitabçıya sığınıb. Hadisənin anbaan kameraya düşən görüntülərində onun kitabçıya girərək yerə yıxıldığı, içəridə olan bir uşaq və böyüklərin dəhşətə gəldiyi əks olunub.

Dərhal hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar ilkin tibbi müdaxilədən sonra Samsun Tədris və Araşdırma Xəstəxanasına aparılıb. Gökhan T. həkimlərin səylərinə baxmayaraq həyatını itirib.

Hadisədən sonra qaçmağa çalışan 16 yaşlı şübhəli Mert T. yaxınlıqdakı arxa küçədə Asayiş Şöbəsinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və polis bölməsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2527   Tarix: 16 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021