"Makronun Avropa Siyasi Birliyi çərçivəsindəki çıxışı beynəlxalq hüquqa deyil, geosiyasi maraqlara söykənən Qərb ritorikasının təzahürüdür"

"Makronun Avropa Siyasi Birliyi çərçivəsindəki çıxışı beynəlxalq hüquqa deyil, geosiyasi maraqlara söykənən Qərb ritorikasının təzahürüdür""Fransa Azərbaycan və Ermənistanın yekun sülhə nail olmaq və sülh sazişi imzalamaq səylərini dəstəkləyir" - bnu Fransa Prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin sammitinin plenar iclasında çıxışı zamanı bildirib.

"Biz bu mühüm sənədin - sülh sazişinin imzalanması yolunda hər iki tərəfi tam dəstəkləyirik", - o vurğulayıb.

"Fransa Prezidenti Emmanuel Makronun Avropa Siyasi Birliyi çərçivəsindəki çıxışı əslində beynəlxalq hüquqa deyil, geosiyasi maraqlara söykənən klassik Qərb ritorikasının növbəti təzahürüdür" - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Fransa Prezidenti Emmanuel Makronun Avropa Siyasi Birliyi çərçivəsindəki çıxışı əslində beynəlxalq hüquqa deyil, geosiyasi maraqlara söykənən klassik Qərb ritorikasının növbəti təzahürüdür. Parisin sülh dəstəyi adı altında nümayiş etdirdiyi yanaşma tərəfsiz vasitəçidən daha çox Ermənistanın regional ambisiyalarını dolayısı ilə legitimləşdirməyə yönəlmiş siyasi davranışdır. Makronun "hər iki tərəfi" dəstəklədiyini deməsi diplomatik balans təsiri yaratsa da, Fransa parlamentində və Senatda qəbul edilən antiazərbaycan yönümlü qətnamələr bu iddianı faktoloji baxımdan şübhə altına alır.

Fransa uzun illərdir Cənubi Qafqazda təsir imkanlarını genişləndirməyə çalışır, lakin bu siyasət neytrallıq yox, açıq şəkildə ermənipərəst xətt üzərində qurulub. Parisin Ermənistana hərbi texnika tədarükü, Fransa şirkətlərinin Ermənistanla imzaladığı müdafiə sənədləri və "hərbi əməkdaşlıq memorandumu" bu ölkənin vasitəçi deyil, bir tərəfin açıq müdafiəçisi olduğunu göstərir. Azərbaycan ictimaiyyəti haqlı olaraq sual edir: sülhə bu qədər "can yandıran" Fransa niyə 30 il ərzində Ermənistanın işğal siyasətinə göz yumdu?

Makron administrasiyasının sülh sazişinə marağı səmimi deyil, çünki bu sənəd reallaşarsa, Ermənistan üzərindən regionda Fransanın təzyiq aləti zəifləyəcək. Yəni sülh, Fransa üçün təsir vasitələrinin itirilməsi, Azərbaycan üçün isə beynəlxalq hüququn təntənəsi deməkdir. Prezident Makron bu çıxışı ilə daxili auditoriyasına, xüsusilə də Fransadakı erməni lobbisinə mesaj verməyə çalışır.

Azərbaycan sülh müqaviləsinə real şəkildə maraqlıdır, bunu 2020-ci ildən bəri irəli sürdüyü təkliflər, delimitasiya və demarkasiya prosesindəki təşəbbüsləri və reinteqrasiya siyasəti sübut edir. Ermənistanın isə əksinə, bəzən Zəngəzur dəhlizi ətrafında qeyri-konstruktiv ritorikaya qapıldığı, bəzən isə təxribatlara göz yumduğu müşahidə olunur. Makronun çıxışında bu tarazsız yanaşmaların ümumiyyətlə qeyd olunmaması Fransanın obyektiv vasitəçi statusunu tam itirdiyini bir daha təsdiqləyir.

Fransa tarixən kolonial keçmişi ilə tanınan və insan hüquqları anlayışını seçici tətbiq edən dövlətdir. Afrika ölkələrindəki hərbi müdaxilələri, Cibutidəki bazaları və Mali siyasəti göstərir ki, Fransa sülhü ancaq öz maraqları ilə üst-üstə düşdükdə müdafiə edir.

Azərbaycanın əsas istəyi regionda ədalətli və davamlı sülhün bərqərar olmasıdır. Bu isə yalnız BMT nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanan, sərhədlərin toxunulmazlığı prinsipinə hörmət edən sülh sazişi ilə mümkündür. Fransa bu prinsiplərə dəstək vermək əvəzinə, Ermənistanın məsuliyyətsiz ritorikasını susqunluqla qarşılayır. Sülh prosesində real tərəf yalnız region ölkələrinin iştirakı və qarşılıqlı etimadın bərpası ilə formalaşa bilər.

Avropa Siyasi Birliyi platforması Fransa üçün daxili imic və xarici təsir vasitəsi rolunu oynayır, amma region üçün fundamental dəyişiklik gətirəcək gücə malik deyil. Azərbaycanın diplomatik uğurları və balanslı siyasəti isə artıq bu cür birtərəfli ritorikalara immunitet qazanıb. Prezident İlham Əliyevin son çıxışlarında dəfələrlə vurğulanan "bölgəmizin taleyinə kənardan deyil, buradan qərar verilməlidir" tezisi bu mənada strateji mahiyyət daşıyır. Fransa isə bu çağırışlara deyil, köhnə Yaxın Şərq yanaşmalarına əsaslanan siyasətə üstünlük verir.

Regionda sabitliyin əsas açarı Bakı ilə İrəvan arasında etimadın bərqərar olunmasıdır, Parisin kənardan təzyiqlə yön verdiyi proses isə ancaq mövcud gərginlikləri daha da dərinləşdirə bilər".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2369   Tarix: 16 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr