Seron Stoun 40 yaşdan sonra qadınlar üçün gözəlliyin 2 əsas sirrini AÇIQLADI
Məşhur aktrisa, yetkin yaşında gözəlliyini və əla fiziki formasını necə qoruduğunu açıqlayıb. Seron Stoun – hər il daha da cazibədar və parlaq görünməyin mümkün olduğunu sübut edən bir nümunədir. Ulduz daha gənc görünməyə çalışmır, əksinə, özünü olduğu kimi qəbul edir və həm bədəninə, həm də ruhuna qayğı göstərməyi seçir.
Lent.az xarici mətbuata istinadla bu 2 əsas üsulu təqdim edir:
40 yaşdan sonra qadın gözəlliyi: nələri nəzərə almaq lazımdır?
Yaş artdıqca qadın orqanizmində bir sıra dəyişikliklər baş verir: metabolizmin sürəti azalır, dəridə yaşlanma əlamətləri görünür, hormonal fon dəyişir. Bu, həm zahiri görünüşə, həm də özünəinam hissinə təsir edə bilər. Lakin bu gün 67 yaşı olan Seron Stoun öz nümunəsində göstərir ki, yetkinlik dövrü - ümidsizlik deyil, özünü daha yaxşı tanımaq və özünə sevgi ilə yanaşmaq üçün yeni bir imkandır. O, üç uşaq böyüdür və aktiv, enerjili, ilhamverici həyat tərzini davam etdirir.
Birinci sirr: su və şüurlu qidalanma
Stounun dəyişməz prinsipi - bol su içmək və sağlam qidalanmaqdır. Aktrisa vurğulayır: heç bir krem bədənin daxilindən gələn qayğını əvəz edə bilməz.
"Mən sözün əsl mənasında su ilə yaşayıram. Çox, həddindən artıq çox su içirəm".
Yaş artdıqca dəri daha quru olur və su balansı böyük rol oynayır. Yaxşı nəmləndirmə dərinin elastikliyini qoruyur, toksinlərin atılmasını sürətləndirir, daxili orqanların fəaliyyətini və ümumi sağlamlığı yaxşılaşdırır. Qidalanmada isə Seron sadəlik və təbii məhsullar prinsipinə sadiqdir: rasionunda təzə tərəvəzlər, meyvələr, göyərti, yağsız zülal mənbələri və faydalı yağlar var. O, şəkəri, ağ unu və emal olunmuş məhsulları minimuma endirib.
Aktrisa hesab edir ki, dəri sağlamlığı mədənin və bağırsaqların düzgün işləməsindən başlayır, buna görə də həzmdə balansı qorumağa önəm verir.
Sərt pəhrizlər və qadağalar onun yolu deyil. Əsas məsələ – qidaya münasibəti köklü şəkildə dəyişməkdir: yemək yalnız doydurmaq üçün yox, enerji vermək üçün olmalıdır.
İkinci sirr: hərəkət və daxili harmoniya
Onun çiçəklənən görünüşünün ikinci açarı - müntəzəm fiziki aktivlik və özünə sevgi ilə yanaşmaqdır.
Seron idman zalında rekordlar qırmağa can atmır. O, xoş və bədəni yormayan hərəkət növlərini seçir: yoga, üzgüçülük, rəqs, gəzinti və pilates - yəni həm bədəni formada saxlayan, həm də zövq verən fəaliyyətlər. Fiziki aktivlik yalnız bədən formasını yaxşılaşdırmır, həm də dərinin elastikliyini təmin edən kollagen istehsalını artırır. Eyni zamanda stressi azaltmağa kömək edir — bu da gəncliyin əsas düşmənlərindən biridir. Lakin əsl gözəllik daxili iş olmadan mümkün deyil.
Seron vurğulayır ki, özünü və yaşını qəbul edə bilmək çox önəmlidir. Onun fikrincə, yetkinlik – tənəzzül deyil, çiçəklənmə dövrüdür. O, 20 yaşında kimi görünmək istəmir. Əvəzində, həyatının hər mərhələsində özünün ən yaxşı versiyası olmağa çalışır. Məhz bu daxili inam və rahatlıq onun əsas bəzəyidir – qadını həqiqətən cazibədar edən də budur.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1073 Tarix: 16 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖlümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabr"Powerbank"dakı gizli düymə nə üçündür?
Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri
15 noyabr800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
9 noyabrHər gün soyuq duş qəbul etsəniz, nə baş verər?
Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin
8 noyabrBeyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı
ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec
17 noyabrKöhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi
14 noyabrDünyada sahili olmayan yeganə dəniz
Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur
14 noyabrPeçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11 noyabr