Ayın iki üzü: Niyə bu qədər fərqlidir və bu nə deməkdir?

Ayın iki üzü: Niyə bu qədər fərqlidir və bu nə deməkdir?1960-cı illərdən bəri sirri açılmayan Ayın yaxın və uzaq üzü arasındakı fərqlər, NASA-nın GRAIL (Gravity Recovery and Interior Laboratory) missiyasından əldə edilən məlumatlarla daha da mürəkkəbləşib.

Qaynarinfo xəbər verir ki, yeni nəticələr bu fərqlərin yalnız səthlə məhdudlaşmadığını, Ayın daxili quruluşunda da nəzərəçarpacaq dərəcədə olduğunu göstərir.

1960-cı illərdə Ayın Yerə görünməyən uzaq üzü ilk dəfə müşahidə olunanda, onun Yerə baxan üzü ilə arxa üzü arasında səthi baxımdan ciddi fərqlər olduğu müəyyən edilmişdi. Lakin son tədqiqatlar bu fərqlərin Ayın daxili qatlarına qədər uzandığını ortaya qoyur.

NASA-nın GRAIL missiyası çərçivəsində toplanan yüksək dəqiqlikli cazibə məlumatları Ayın kütləçəkmə sahəsinin dəqiqləşdirilmiş xəritəsini yaratmağa imkan verib. Bu xəritə Ayın iki üzü arasındakı fərqlərin əvvəl düşünüldüyündən daha dərin və mürəkkəb olduğunu göstərir. GRAIL nəticələrinə əsasən, Ayın Yerə baxan üzü daxildə daha isti və fərqli quruluşa malikdir.

NASA-nın Reaktiv Sürət Laboratoriyasından doktor Rayan Park bildirir: "Ayın daxili quruluşu homogen deyil. Yerə baxan yaxın tərəfi dərinliklərdə daha isti və geoloji baxımdan daha fəaldır. Bu vəziyyət Ayın vulkanik keçmişini və səth fərqlərini izah edir".

Tədqiqatlar Ayın yaxın və uzaq üzü arasında relyef, qabıq qalınlığı və daxili istilik istehsalı kimi bir çox fərq olduğunu üzə çıxarıb. Yaxın üzdəki mantiyanın uzaq üzə nisbətən 2-3% daha "yumşaq" olduğu və radioaktiv elementlərin təsiri ilə 100-200°C daha isti olduğu hesab edilir. Bu kiçik fərqlər, Ayın milyonlarla illik geoloji təkamülünü anlamaq baxımından olduqca vacibdir.

Yalnız Ay deyil, digər planetlər və peyklər üçün də cazibə məlumatları onların daxili quruluşunu öyrənməkdə mühüm vasitə sayılır. Məsələn, NASA-nın "Juno" missiyası kimi layihələr, Yupiterin vulkanik "İo" peyki haqqında da yeni bilgilər təqdim edir. Dr. Park deyir: "Cazibə sahəsindəki dəyişiklikləri təhlil etməklə, göy cisimlərinin daxilində bərk və ya maye qatların mövcudluğunu və sıxlıq fərqlərini aşkar edə bilirik". Texnologiyanın inkişafı bu cür təhlilləri uzaq dünyaları daha detallı şəkildə araşdırmaq üçün mümkün edəcək".

Bu araşdırma təkcə elmi deyil, gələcək insanlı Ay missiyaları baxımından da böyük əhəmiyyətə malikdir. Dr. Park bildirir: "Tədqiqatımız indiyə qədər yaradılmış ən ətraflı Ay cazibə xəritəsini təqdim edir. Bu xəritə, Ayda "konumlandırma, seyrüsefer və zamanlama" (PNT) sistemlərinin hazırlanması üçün baza olacaq".

Bu isə Ay səthinə enmə, qalxma və yerüstü əməliyyatların daha təhlükəsiz və effektiv şəkildə aparılmasını təmin edəcək.

GRAIL məlumatları ilə əldə edilən bu genişmiqyaslı cazibə xəritəsi, Ay araşdırmaları üçün həyati bir resurs olacaq və gələcək kosmik missiyalara böyük töhfə verəcək. Araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunaraq elmi dairələrdə böyük maraq doğurub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 857   Tarix: 17 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Buker mükafatı 2026-cı ilin namizədlərinin siyahısını açıqladı

Buker Mükafatının Təşkilat Komitəsi 163 təqdimat arasından seçilmiş altı əsərin daxil olduğu 2026-cı il üçün qısa siyahını açıqlayıb. xəbər verir ki, yekun siyahı mükafatın rəsmi saytında dərc edilib. Qısa siyahıya İngiltərə, Şotlandiya, Yamayka və ABŞ-dan olan yazıçılar daxildir. Onların arasında keçmi

23 sentyabr
.

İranla münaqişədə həlak olan Amerika əsgərlərinin sayı 19-a çatıb

Pentaqonun rəsmi məlumatlarına görə, İranla münaqişədə həlak olan amerikalı hərbçilərin ümumi sayı 19-a çatıb. xəbər verir ki, ABŞ ordusu statistikasını yenilədikdən sonra İrana qarşı əməliyyatda ölənlərin sayı bir nəfər artıb. Eyni zamanda, hərbçinin şəxsiyyəti rəsmi olaraq açıqlanmır. Pentaqon sözçüs

23 sentyabr
.

Ermənistan və Livan arasında tərəfdaşlıqların inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Ermənistan Respublikasının Livandakı səfiri Sarmen Bağdasaryan Zahle şəhərindəki Gardenia Grain d'Or fabrikini ziyarət edib, şirkətin təsisçisi cənab Nikolas Əbu Faysal və Bekaa Sənayeçilər Birliyinin nümayəndələri ilə görüşüb. xəbər verir ki, bu barədə -a səfirlikdən məlumat verilib. Səfər "Gardeni

22 sentyabr
.

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir

20 sentyabr
.

Yüz ildən sonra ilk dəfə olaraq yeni pinqvin növü kəşf edildi

Alimlər bir əsrdən çox müddət ərzində ilk dəfə olaraq yeni bir pinqvin növü kəşf ediblər. Məlum olub ki, tanınmış subantarktik (cins) pinqvin əslində dörd fərqli növdən ibarətdir və onlardan biri əvvəllər elmə məlum deyildi. xəbər verir ki, bu barədə tədqiqat Communications Biology (ComBiology) jurnalınd

23 sentyabr
.

İran ABŞ-ın hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığını bildirib

İranın Mərkəzi Hərbi Komandanlığı ABŞ-ın bölgədəki bir sıra ölkələrin dəstəyi ilə İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək hazırlıqları barədə məlumata malik olduğunu açıqlayıb. xəbər verir ki, bəyanatda qeyd olunur ki, ABŞ-ın hər hansı bir hücumundan sonra bölgədəki ABŞ hərbi bazaların

21 sentyabr
.

ABŞ hərbçiləri Litvaya yola düşüb

ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür. xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda "X" sosial şəbəkəsində yazıb. "Mən yenicə təsdiq aldım ki, ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür! Biz təkcə Litva üçün deyil, həm də bütün regionu

22 sentyabr
.

Litva və ABŞ PUA-ların birgə istehsalını planlaşdırır

Litva və ABŞ-nin müdafiə texnologiyaları şirkəti "Mach Industries" müdafiə sənayesi sahəsində strateji əməkdaşlıq və Ukraynaya dəstək üçün yeni imkanların yaradılmasına dair birgə bəyannamə imzalayıb. xəbər verir ki, bu barədə Litvanın müdafiə idarəsi məlumat yayıb. Məlumata görə, sənədi ABŞ-d

23 sentyabr
.

Tokioda tayfun səbəbindən 461 reys ləğv edilib

Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminə

21 sentyabr