"Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı səsləndirilən fikirlər yalnız deklarativ xarakter daşıyır" - DEPUTAT

"Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı səsləndirilən fikirlər yalnız deklarativ xarakter daşıyır" - DEPUTAT"Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatları, xüsusilə də Albaniyada keçirilən Avropa Siyasi Birliyi sammiti çərçivəsində verdiyi müsahibə bir daha onu göstərir ki, rəsmi İrəvan beynəlxalq ictimaiyyətin diqqətini çəkən mövzularda ikiüzlü yanaşma nümayiş etdirməkdə davam edir. Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı səsləndirilən fikirlər yalnız deklarativ xarakter daşıyır. Reallıq isə Ermənistan daxilində artan revanşist meyylərdə öz əksini tapır. İstər iqtidar, istərsə də erməni müxalifəti arasında yenidən müharibə şüarlarının artdığının şahidi oluruq".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

O, açıqlamasında qeyd edib ki, Ermənistan rəhbərliyi nəhayət anlamalıdır ki, sülh yalnız konkret siyasi iradə, səmimi yanaşma və beynəlxalq öhdəliklərə hörmət əsasında mümkün ola bilər:

"Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən qətiyyətli, prinsipial və milli maraqlara əsaslanan siyasət nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü tam bərpa etmiş, beynəlxalq hüququn tələblərini reallaşdırmaqla regionda yeni geosiyasi reallıqlar formalaşdırmışdır. Bu gün Azərbaycan regionda sülhün və inkişafın əsas təminatçısı kimi çıxış edir.

Ermənistan rəhbərliyi nəhayət anlamalıdır ki, sülh yalnız konkret siyasi iradə, səmimi yanaşma və beynəlxalq öhdəliklərə hörmət əsasında mümkün ola bilər. Azərbaycanın nümayiş etdirdiyi yüksək siyasi mədəniyyət və hüquqa əsaslanan yanaşma regionun gələcəyi üçün real yol xəritəsidir. Ölkəmiz hər zaman olduğu kimi, bundan sonra da öz mövqeyində ardıcıl və prinsipial olacaq, sülh prosesində isə imitasiya deyil, nəticəyə hesablanmış konkret addımların tərəfdarı olacaqdır".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3079   Tarix: 16 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr