Rabil 75 yaşlı atasının boğazını niyə kəsib?- Dəhşətli qətlin TƏFƏRRÜATI

Rabil 75 yaşlı atasının boğazını niyə kəsib?- Dəhşətli qətlin TƏFƏRRÜATISaatlıda atasını öldürməkdə təqsirləndirilən 25 yaşlı Rabil Ağayevin cinayət işinin təfərrüatı məlum olub. Qətli törədən Rabil paranoid şizofreniya xəstəliyindən əziyyət çəkirmiş.

Musavat.com xəbər verir ki, hadisə 2024-cü ilin iyul ayında baş verib. Rayon sakini Rabil Ağayev yaşadığı evdə atası 73 yaşlı Ramiz Ağayevlə mübahisə edib. Mübahisə nəticəsində o, atasının boğazını şüşə ilə kəsərək qətlə yetirib.

İstintaq zamanı müəyyən edilib ki, Rabil anlaqsız vəziyyətdə olub. O, paranoid şizofreniya psixi xəstəlikdən əziyyət çəkirmiş. Məlum olub ki, onun ata və anası ilə münasibətləri uzun müddət normal olmayıb. Arvadı da ondan ayrılaraq ata evinə gedibmiş. Rabil bu məsələdə ailəsini günahkar bilərək onlarla tez-tez mübahisə edirmiş.

Hadisədən əvvəl də Bakıya gedərək 15 gün evə qayıtmayıb. Ailəsi polisə məlumat verərək onun axtarılmasını istəyib. Rabil Bakıda tapılıb və polisə evə qayıtmaq istəmədiyini deyib. Ailəsinin təkidi ilə Rabil hadisədən bir gün əvvəl evlərinə qayıdıb. O, atası və anasının evdən çıxmasını istəyib. Onlar Rabillə razılaşaraq qohumlarının evinə gediblər. Qohumları onları barışdırmaq üçün cəhdlər ediblər. Rabilin kredit borcunu ödəmək üçün həyətlərindəki inəklərdən birini satıblar. Sonra birlikdə yaşamağa başlayıblar. Rabil hadisə günü ata və anası ilə yenidən mübahisə edib.

O, pəncərənin şüşəsinə yumruq vuraraq sındırıb. Sərbəst hərəkət etmək bacarığı məhdud olan atasını boynundan tutaraq yerə yıxıb. Müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq göstərib sonuncuya xüsusi əzab verdiyini və ona müqavimət göstərmək imkanı olmadığını dərk edərək onun boğazının bir neçə zərbə endirib.

Rabil dindirilən zaman özünü təqsirli bilib. Deyib ki, atası onu qayçı ilə vurmaq istədiyini görüb onun əlindən tutub:

"İtələyib çarpayının üstünə yıxdım. Sonra həyətə düşdüm. Həyətdə olanda atam boynumun arxasından vurdu. Sonra ayılanda qohumlarımın qışqırdığını gördüm. Onda bildim ki, atamın boğazını kəsmişəm. Atamın boğazını kəsdiyim şüşəni həyətdəki balkonun üstündən götürmüşdüm. Həmin şüşəni qırıb əlimdə saxlamışdım. Paranoid şizofreniya xəstəliyindən əziyyət çəkirəm. Müalicəyə göndərilməyimi xahiş edirəm".

Mərhumun xanımı, hüquqi varisi də məhkəmə dindirilən zaman oğlunun xəstə olduğunu, onun müalicəyə göndərilməsini istəyib.

"Oğlum psixi xəstəliklərdən əziyyət çəkir. Bakıya həkimə göndərmişdim. Belində də ağrılar var idi. Bakıya gedəndə iki gün telefonunu açmadı. Polisə məlumat verdik. Evə gəlmək istəmədiyini dedi.

Bir neçə gün sonra evə qayıtdı. Dedi ki, gedirəm sizi polisə verəm, çünki bizim də onu polisə verdimizi dedi. Bizim evdən çıxmağımızı istədi. Problem olmasın deyə evdən çıxdıq. Mən İmişliyə qardaşımgilə getdim. Ərim də qardaşıgilə getdi. Qardaşı ərimə zəng vurub dedi ki, Rabil heyvanları da, evi də satacaq. Heyvanın birini satıb Rabilin kreditlərini ödədik. Rabil ara-sıra əmisigilə gedib gəldi. Atası ilə mehribanlaşmağa başladı. Buna görə də evə qayıtdıq ki, tək qalmasın. Özünə nəsə etməyindən qorxurduq. Hadisə olan vaxt evdə idim. Səs-küyə çıxanda Rabilin atasını öldürdüyünü bildim. Mənə tərəf qışqıraraq "hər şeyin səbəbkarı sənsən" dedi".

Hökmə əsasən Rabilin qeyd edilən əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub. Buna görə cinayət məsuliyyətindən azad edilib. Onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla, ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1180   Tarix: 18 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO

Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib

11 sentyabr
.

DƏHŞƏTLİ HADİSƏ! Kişi şalvar geyinən arvadını ÖLDÜRDÜ

Türkiyədə kişi arvadını öldürüb. Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib. Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondak

19 sentyabr
.

Sabunçu bazarının qarşısında ağır qəza, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls

14 sentyabr
.

Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb

Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb. "Report"a istinadən xəbər verir ki, meyit rayonun Şelli kəndi ərazisindəki kəhriz quyularından birində aşkarlanıb. Araşdırmalar zamanı meyitin Bərdə rayon sakini Müşfiq Aqil oğlu Hacıyevə məxsus olması müəyyənləşib. Əldə edilən məlumata görə, M.Hacıye

20 sentyabr
.

İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi

Ağdaşda silahlı insident baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib. Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə yetirib. Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəng

21 sentyabr
.

Küçədə azyaşlı qızlar arasında saç-saça dava düşüb - VİDEO

Türkiyənin Eskişehir şəhərində, Porsuk Bulvarında yaşı 18-dən aşağı olan qızlar arasında naməlum səbəbdən başlayan mübahisə qısa müddətdə davaya çevrilib. xarici mediaya istinadla xəbər verir ki,hadisə Odunpazarı rayonunun İstiklal məhəlləsində, Porsuk Bulvarında baş verib. Qruplar halında olan qızla

11 sentyabr
.

Cəlilabadda qadın su quyusuna düşərək ölüb

Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır

17 sentyabr
.

Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib

Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə

12 sentyabr
.

Zabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb - VİDEO

Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:. "Atam, anam və övladımın qəbrini su basıb. Məsəl

12 sentyabr