Efirdə bir-birilərini təhqir etdilər - Video
"Elgizlə izlə" verilişində Əməkdar artist Ruhəngiz Musəvi ilə müğənni Əli Mirəliyev arasında gərginlik yaşanıb.
Axşam.az-ın məlumatına görə, proqramda xəstəxanadan evə buraxılan ifaçının evində çəkiliş edilib. Lakin Ə.Mirəliyev R.Musəvinin efirdə onun barəsində səsləndirdiyi "Az ona-buna söz atsın. Allah şəfa versin. Bir az da evdə dincəlsin. İnsandır, niyə pis olmuram? Acığım tutmur. Hər adama da söz atmazlar axı. Eləsi var ki, həqiqətən də oxuyur. O əvvəldən heç kəsi bəyənməyib. Onun bu xasiyyətindən xoşum gəlmir. Allah ona cansağlığı versin" sözlərinə əsəbiləşib.
Əli Mirəliyev efirə canlı qoşularaq həmkarının ünvanına "Ruhəngiz, əvvəldən başıboş adam olmusan" deyərək onu təhqir edib.
R.Musəvi onun sözünü kəsib:
"Başıboş sən olmusan. Ona görə mənimlə duetlər oxumusan? Bu, sənin qabiliyyətindir".
Əli Mirəliyev fikirlərinə davam edib:
"Sən Baloğlan Əşrəfovun mahnısını oxuyan şəxs deyilsən. Sənin qəşəng səsin var. Bu mahnını oxumaq sənə yaraşmadı. Sən estrada müğənnisisən. Nə ixtiyarın var, Baloğlan Əşrəfovun mahnısını oxuyursan? Hətta yaxşı oxusan belə, buna ixtiyarın yoxdur. Mənə qədər toyda iki mahnı oxuyurdun. Səni oxuyan mən etmişəm".
Əməkdar artist onun bu sözlərinə belə reaksiya verib:
"Nə danışırsan? Sənə qədər kimlərlə oxumuşam. Səninlə 1983-cü ildə tanış olmuşuq".
Onun bu sözlərinə Ə.Mirəliyev "Onlarla məndən sonra oxumusan. Niyə evimə gəlmisiniz? Məni əsəbiləşdirməyə?" deyə, bildirib.
O, sonda artıq evdə köməksiz yeriyə bildiyini nümayiş etdirib.
Qeyd edək ki, daha əvvəl Ə.Mirəliyevin ayağının itin zəncirinə dolaşaraq yıxıldığını, bud sümüyünün sındığını bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
9 illik evlilikləri bitir
Türkiyəli müğənni Niran Ünsal həyat yoldaşı, keçmiş jurnalist İbrahim Gugunla boşanır. Axşam.az xəbər verir ki, cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirmək üçün məhkəməyə müraciət edib. İfaçı bu barədə paylaşım edərək İbrahimlə yollarını qarşılıqlı anlaşma və dost şəklində ayırdıqlarını açıqlayıb
13 sentyabrAlim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular
Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin dueti birmənalı qarşılanmayıb. Axşam.az-ın məlumatına görə, bir çoxları dueti tənqid ediblər. Sosial şəbəkədə xanəndə ilə ifaçının duetini müzakirə edənlərə şərh yazanlar arasında Xalq artisti Röya Ayxan və Əməkdar artis
21 sentyabrAyseldən Murad Adıgözəlzadə ilə bağlı xəbərə reaksiya
Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadənin səhhətində problem yaranıb. Axşam.az-ın məlumatına görə, Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində bununla bağlı paylaşım edib. Paylaşıma şərh yazanlar arasında M.Adıgözəlzadənin keçmiş həyat yoldaşı, müğənni Aysel Teymurzad
5 sentyabrRusiyada uşaqlara Burak adını verirlər
Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula
19 sentyabr"Yeraltı"nın yayım tarixi bəlli oldu
Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı "Yeraltı" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Axşam.az xəbər verir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində "Bozo"nun düşmənin
13 sentyabrTacir Şahmalıoğlu əməliyyat olundu
Müğənni Tacir Şahmalıoğlu əməliyyat olunub. Bu barədə Qaynarinfo-ya sənətçinin həyat yoldaşı məlumat verib. Onun sözlərinə görə, müğənni öd kisəsindən əməliyyat olunub: "Öd kisəsini götürüblər. Hazırda özünü yaxşı hiss edir". Qeyd edək ki, bir müddət əvvəl Tacir Şahmalıoğlunun səhhətində problemlə
21 sentyabr"Komedixana"da tamaşaçının gülüşü aktyorları da güldürdü - VİDEO
"Komedixana"nın buraxılışlarından birində yaşanan maraqlı an sosial şəbəkələrdə müzakirələrə səbəb olub. -ın məlumatına görə, çəkiliş zamanı səhnədə nümayiş olunan səhnəcik zalda əyləşən tamaşaçılardan birinin reaksiyası ilə daha da rəngarəngləşib. Belə ki, qadın tamaşaçının səhnəcik zaman
5 sentyabr