Soyuq duş qəbul edən bu insanlara XƏBƏRDARLIQ: Siz də onların arasındasınız?
Həkimlər və fizioloqlar qeyd edirlər ki, orqanizmin qəfil soyuq təsirinə reaksiyası fərdi xarakter daşıyır və bir çox amillərdən – sağlamlıq vəziyyəti, yaş, adaptasiya səviyyəsi və xroniki xəstəliklərin olub-olmamasından asılıdır.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, temperaturun kəskin dəyişməsi bəzi insanlar üçün ciddi stressə çevrilə və arzuolunmaz, hətta həyati təhlükə yaradan nəticələrə səbəb ola bilər.
Soyuq duşda kimlər xüsusilə ehtiyatlı olmalı və ya tamamilə uzaq durmalıdır?
Ən həssas qrup ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlardır. Bədənə qəfil soyuq suyun düşməsi damarların spazmına – yəni istiliyi qorumaq məqsədilə yaranan reflektor reaksiyaya səbəb olur. Bu isə qan təzyiqinin sürətli yüksəlməsinə və ürək döyüntüsünün artmasına gətirib çıxarır. Bu hallar xüsusilə aşağıdakı şəxslər üçün təhlükəlidir:
Hipertoniya xəstələri
Qəfil təzyiq artımı hipertenziv kriz yarada bilər, bu isə insult və ya infarktla nəticələnə bilər.
İşemik ürək xəstəliyi (İÜX), stenokardiya
Ürəyin qidalanmasını təmin edən tac damarların spazmı stenokardiya tutmasına və ya hətta kəskin miokard infarktına səbəb ola bilər.
Aritmiyalı şəxslər
Temperaturun kəskin dəyişməsi ürək ritmini poza bilər.
Əvvəllər infarkt və ya insult keçirmiş şəxslər
Bu kimi şəxslər üçün təzyiqin və ürək yükünün qəfil dəyişməsi son dərəcə təhlükəlidir.
Bundan əlavə, soyuq duş aşağıdakı sağlamlıq problemləri olan insanlar üçün də risklidir
Tənəffüs orqanları xəstəlikləri olanlar
Xüsusilə kəskinləşmə dövründə. Soyuq hava və ya su bronx spazmı yarada, öskürəyi artıraraq astma, xroniki bronxit kimi hallarda nəfəs darlığına səbəb ola bilər.
Böyrək və sidik-cinsiyyət sistemi xəstəlikləri olanlar
Soyuq təsir piyelonefrit, sistit kimi iltihabi halları daha da ağırlaşdıra bilər.
Periferik damar xəstəlikləri olan şəxslər
Məsələn, Reynau xəstəliyi zamanı soyuq ətraf damarlarının güclü spazmına səbəb olur.
Soyuqdəymə və virus infeksiyası olanlar
Yüksək temperatur zamanı soyuq duş orqanizm üçün əlavə stressdir və vəziyyəti ağırlaşdıra bilər.
Hamilə qadınlar
Temperaturun qəfil dəyişməsi hamiləliyin gedişinə mənfi təsir göstərə bilər.
Alkoqollu vəziyyətdə olan şəxslər
Alkoqol ürək-damar sisteminə artıq yük verir, üzərinə bir də soyuğun təsiri əlavə olunduqda nəticələr gözlənilməz ola bilər.
Soyuğa qarşı fərdi dözümsüzlüyü olan insanlar
Bu insanlar soyuğa qarşı yüksək həssaslıq göstərirlər, bu da soyuq allergiyası (soyuq urtikariya) və digər xoşagəlməz reaksiyalar şəklində özünü göstərə bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 922 Tarix: 18 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖlümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabr"Powerbank"dakı gizli düymə nə üçündür?
Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri
15 noyabr800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
9 noyabrHər gün soyuq duş qəbul etsəniz, nə baş verər?
Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin
8 noyabrBeyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı
ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec
17 noyabrKöhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi
14 noyabrDünyada sahili olmayan yeganə dəniz
Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur
14 noyabrPeçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11 noyabr