Rüfəti əsgər yoldaşı qətlə yetiribmiş...

Rüfəti əsgər yoldaşı qətlə yetiribmiş...Silahla ehtiyatsız davranış nəticəsində həlak olduğu bildirilən N saylı hərbi hissənin əsgəri Rüfət Ağayevin qəsdən öldürüldüyü məlum olub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aparılan istintaqla Rüfətin əsgər yoldaşı tərəfindən güllələnərək qətlə yetirildiyi müəyyən edilib.

Araşdırmalar zamanı məlum olub ki, hadisədən əvvəl Rüfət Ağayev və təqsirləndirilən əsgər Tale Qurbanov arasında bir neçə dəfə mübahisə baş verib. İddiaya görə, Rüfətin ona "yetim" deyə müraciət etməsi Qurbanovda qəzəb və kin yaradıb. Atası və anası sağ olan Tale bu sözləri qəbul etməyərək əsgər yoldaşını öldürmək qərarına gəlib.
Rüfəti əsgər yoldaşı qətlə yetiribmiş...Bir neçə gün sonra gecə növbəsində olan Qurbanov postdan çıxaraq digər patrul naryadını oyatmaq bəhanəsi ilə əsgərlərin yataqxanasına gedib. Yataqxanaya daxil olan vaxt onun yadına Rüfətlə aralarındakı mübahisələr düşüb.

Hisslərini cilovlaya bilməyən Tale silahlı vəziyyətdə fürsət yaranmasından istifadə edərək yatmış vəziyyətdə olan xidmət yoldaşı Rüfəti güllələyib.

Təqsirləndirilən şəxs ilkin ifadəsində hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini, Rüfəti öldürmək niyyətində olmadığını deyib.

Lakin toplanmış sübutlar, o cümlədən şahid ifadələri qəsdən adam öldürmə kimi qiymətləndirilib.

Hökmə əsasən 20 yaşlı Tale əsgər yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının ilk 3 ilini ümumi, qalan 13 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Rüfəti əsgər yoldaşı qətlə yetiribmiş...


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1712   Tarix: 19 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Havvaxanım Rüstəmovaya hökm oxundu

"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd

16 sentyabr
.

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı

Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili

31 avqust
.

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI

Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad

28 avqust
.

4 rayonda yanğına səbəb olanlar məsuliyyətə cəlb olundu

Ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən -a bildirilib ki, araşdırmalar nəticəsind

12 avqust
.

Tovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ

Tovuzda qadın boğaz nahiyəsindən bıçaqlanıb. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva bıçaq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin ehtimala görə, 20 yaşlı qadını həyat yoldaşı Nəbi Nəbiye

25 avqust
.

Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı

Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2019-cu ilin apre

21 sentyabr
.

Qadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir

Ağdaşda ana-oğul bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib. Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşlar

24 avqust
.

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu

Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:

26 avqust
.

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs

7 sentyabr