"Evə daxil oldum, bıçağı göstərdim, pul tələb etdim" - MƏHKƏMƏ

"Evə daxil oldum, bıçağı göstərdim, pul tələb etdim" - MƏHKƏMƏTanışının qohumunun evinə tamah məqsədi ilə daxil olaraq bıçaqla hədə gəlib əmlakını ələ keçirməkdə təqsirləndirilən Cavidan Əhmədlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cavidan Əhmədli sərbəst ifadə verməkdən imtina edib.

O bildirib ki, ifadə vermək istəmir və ibtidai istintaqa verdiyi ifadəni təstiqləyir. Tanışının qohumunun evinə tamah məqsədi ilə daxil olaraq bıçaqla hədə gəlib əmlakını ələ keçirməkdə təqsirləndirilən Cavidan Əhmədlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmə onun istintaqa verdiyi ifadəni elan edib.

O ifadəsində bildirib ki, 14 sentyabr 2024-cü il gecə saatlarında tamah məqsədi ilə Solmaz Mirzəyevanın evinə daxil olub:

"İçkili idim. Evə daxil oldum. Pul tələb etdim. Qışqırmaması üçün azğını tutdum. Bıçağı göstərdim. Dedim ki, sakit qalacağı və dediklərini edəcəyi təqdirdə ona heç nə etməyəcəm. Sonra qızıl və pul gətirməsini istədim. O 1900 dollar, 3000 manat pul gətirdi. Mən yenə nəsə gətirməsini istədim. O qızıl və 250 manat pul gətirdi. Mən onun mobil telefonunu götürdüm və evdən çıxdım. Qapının bağaladım və açarı elə qapının üstündə saxladım. Heç kimə məlumat verməsin deyə telefonu götürdüyüm üçün elə qapının yanında da telefonu qoydum. Ordan çıxandan sonra Südabənin yanına gəldim. Evə getdik. Ona 900 dollar, qızılları verdim. Mən iki işdə işləyirəm deyə Südabə bu qədər puldan şübhələnmədi. Əməlimdən peşmanam".

Məlum olub ki, Cavidan Əhmədli 1000 dollar və 500 manatı borclarına, qalan vəsaiti isə xərcləyib.

Zərərçəkən Solmaz Mirzəyeva bildirib ki, hadisəni törədən şəxsi tanımasa da, adı keçən yaxın qohumu Südabəni tanıyır.

Solmaz Mirzəyeva ötən prosesdə məhkəməyə verdiyi vəsatətində bildirmişdi ki, Cavidan Əhmədli sadəcə işin icraçısıdır:

" İşin təşkilatçısı mənim mənim yaxın qohumum Südabədir. O bizə gəlib-gedən adamdır. Mənim tək yaşadığımı, təqaüd aldığımı və özümə görə qızıl-zinət əşyaları olduğunu bilirdi. Evə kimi gətirib, amma özü çöldə qalıb. İçəri girməyib. Mən məhkəmədən işin yenidən araşdırılması üçün ibtidai istintaqa geri qaytarılmasını istəyirəm".

Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Daha sonra zərərçəkmiş şəxsin oğlu Aqşin Mirzəyev ifadə verib.

O, bildirib ki, hadisə barədə anası ona məlumat verib:

"Anam mənə zəng vurub hadisəni dedi. Sonra dedi ki, həmin şəxsi heç vaxt görməyib. Hadisəni törədənin kənd sakini olmadığını bildirdi".

Aqşin Mirzəyev istintaqa verdiyi ifadəni təstiq edib.

Südabə Vəliyeva məhkəməyə çağırılsa da, o, buna rəğmən məhkəməyə gəlməyib.

Daha sonra məhkəmə Südabə Vəliyevanın məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edib.

Məhkəmənin növbəti iclası 26 iyunda keçiriləcəkdir.

Qeyd edək ki, hadisə ötən ilin 14 sentyabrında gecə saatlarında baş verib. Təqsirləndirilən Cavidan Əhmədliyə Cinayət Məcəlləsinin 181.2.3, 181.2.4, 181.2.5-ci maddələri ilə ittiham irəli sürülüb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 910   Tarix: 19 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Mumiyanı rentgen aparatına saldılar: ŞOK OLDULAR - "YAŞAYIR"

Misirdən İtaliyaya aparılan 3 min yaşlı mumiya rentgen aparatına salınıb. xəbər verir ki, məqsəd bu şəxsin yaşayış tərzini öyrənməkdir. Yekun nəticələr araşdırmalar yekunlaşandan sonra açıqlanacaq. Alimlərin sözlərinə görə, artıq onlar indidən təəccüblənməyə başlayıblar. Məlum olub ki, mumiyanın üzərind

8 sentyabr 2021
.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021
.

Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR

Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə

8 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021