"Ermənistan marşrutunun əhəmiyyətinin azalması Azərbaycanın strateji çevikliyini artırır" - AÇIQLAMA

"Ermənistan marşrutunun əhəmiyyətinin azalması Azərbaycanın strateji çevikliyini artırır" - AÇIQLAMA"Azərbaycan-İran münasibətlərində yaxınlaşmanın fonunda Ermənistan marşrutunun əhəmiyyətinin azalması regionda geosiyasi və nəqliyyat balansını köklü şəkildə dəyişir. Bu, Azərbaycanın strateji mövqeyini gücləndirir və regionda yeni inteqrasiya imkanları yaradır. Ermənistan marşrutunun məhdudlaşması ilə Azərbaycan öz tranzit potensialını İran və Türkiyə ilə birgə inkişaf etdirərək, Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizlərində liderliyini möhkəmləndirir".

Bu sözləri Sonxeber.az-a açıqlamasında politoloq Tural İsmayılov danışıb.

O, açıqlamasında qeyd edib ki, bu dəyişikliklər Rusiyanın regiondakı nəqliyyat və geosiyasi təsirini zəiflədir, Azərbaycan isə daha çox müstəqil və çoxşaxəli siyasət yürütməyə başlayır:

"Azərbaycanın İranla enerji və nəqliyyat sahəsində əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə qalxır, bu da ölkənin enerji təhlükəsizliyini artırır və iqtisadi inkişafına təkan verir.

Ermənistanın tranzit imkanlarının məhdudlaşması onun regional təcridini dərinləşdirir və Azərbaycanın regionda təsir dairəsinin genişlənməsinə şərait yaradır. Azərbaycan bu şəraitdə həm regional əməkdaşlığı, həm də beynəlxalq hüququn aliliyini əsas götürərək, öz mövqeyini daha da möhkəmləndirir.

Nəticədə, Ermənistan marşrutunun əhəmiyyətinin azalması Azərbaycanın strateji çevikliyini artırır, regional inteqrasiya proseslərini sürətləndirir və uzunmüddətli perspektivdə regionda sabitlik və inkişaf üçün yeni imkanlar açır. Azərbaycanın bu proseslərə yanaşması milli maraqların qorunması, regional əməkdaşlığın dərinləşdirilməsi və beynəlxalq arenada mövqeyin gücləndirilməsi üzərində qurulur. Bu, ölkəmizin geosiyasi oyunçuluğunu yeni səviyyəyə qaldırır və regionda liderlik mövqeyini möhkəmləndirir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1756   Tarix: 20 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr