"Macarıstan Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir" - DEPUTAT
"Hazırda tarixdə bir ilk yaşanır – Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısı Macarıstanda keçirilir. Macarıstan özü bu təşkilatın üzvü olmasa da, daim təşkilata üzv dövlətlərlə isti və qarşılıqlı əməkdaşlıq münasibətləri ilə seçilir. Artıq Macarıstanın nəinki Azərbaycanla, digər Türk dövlətləri ilə də siyasi əlaqələri yüksək səviyyədədir, ali səviyyədə dialoq mövcuddur. Dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ölkələrimizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.
O, açıqlamasında qeyd edib ki, Azərbaycanın ortaya qoyduğu siyasi iradə və təşəbbüskarlıq sayəsində dostluq və qardaşlıq prinsiplərinə əsaslanan TDT–Macarıstan münasibətlərində də aydın şəkildə yüksəliş müşahidə olunur:
"Bu gün də hər iki ölkənin rəhbərlərinin səyləri ilə Azərbaycan–Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri yüksək səviyyədədir.
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə daim dəstək göstərən Macarıstanın TDT Zirvə Görüşünə ev sahibliyi etməsi bu dövlətin Türk dövlətləri ilə strateji tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişaf etməsinin əyani göstəricisidir.
Macarıstanın enerji resurslarının şaxələndirilməsi üçün yaxşı dost və tərəfdaşlara ehtiyacı var idi. Bu etibarlı tərəfdaş isə Azərbaycan oldu. Dövlətimiz hazırda dünyada etibarlı tərəfdaş ölkə olaraq tanınır, Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinin enerji təminatına əsaslı töhfələr verir.
Ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, qanunvericilik orqanları arasında da geniş əlaqələr mövcuddur. Parlament sədrlərinin, həmçinin dostluq qruplarının və deputatların qarşılıqlı səfərləri, fəal təmasları bu əlaqələri yüksək səviyyəyə daşıyır. Parlamentlərimizin Parlamentlərarası İttifaq, ATƏT PA, NATO PA və digər beynəlxalq parlament təşkilatlarında əməkdaşlıqları da uğurla davam edir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?