"Enerji sahəsi Azərbaycan və Macarıstan münasibətlərinin əsas sütunlarından biridir" - DEPUTAT
"Cənab Prezident İlham Əliyevin Macarıstana rəsmi çərçivəsində baş nazir Viktor Orbanla birgə mətbuat konfransında səsləndirilən fikirlər iki ölkə arasında sürətlə inkişaf edən dostluq və strateji tərəfdaşlıq münasibətlərinin parlaq nümunəsidir. Ölkə rəhbərimizin çıxışı rəsmi Bakı və Budapeşt əlaqələrinin sadəcə ikitərəfli deyil, eyni zamanda regional və qlobal əhəmiyyət daşıyan əməkdaşlıq formatında inkişaf etdiyini bir daha nümayiş etdirdi".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, Macarıstan "Yaşıl Enerji üzrə Strateji Tərəfdaşlıq Sazişi" çərçivəsində Azərbaycanın bərpaolunan enerji layihələrinə marağını açıq şəkildə ifadə edir:
"Enerji sahəsi Azərbaycan və Macarıstan münasibətlərinin əsas sütunlarından biridir. Avropanın enerji təhlükəsizliyi strategiyasında mühüm rol oynayan Azərbaycanın enerji resursları Macarıstan üçün sabit və davamlı mənbə kimi qiymətləndirilir. Bu kontekstdə Baş nazir Viktor Orbanında fikirləri bunu birdaha təsdiq etdi. Macarıstan "Yaşıl Enerji üzrə Strateji Tərəfdaşlıq Sazişi" çərçivəsində Azərbaycanın bərpaolunan enerji layihələrinə marağını açıq şəkildə ifadə edir. 2024-cü ildə Macarıstan Dövlət Enerji Şirkəti "MVM Group" un Socar-la qaz tədarükünə dair razılaşma əldə etməsi enerji tərafdaşlığımızın konkret nəticələrindən biridir.
Bununla yanaşı diplomatik əlaqələrin davamlılığı üçün parlamentlərarası münasibətlərin inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Hər iki ölkənin ali qanunverici orqanları "Milli Məclis - Macar Milli Assambleyası" arasında qarşılıqlı səfərlər, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyəti və qanunverici təşəbbüslər əməkdaşlığımızı daha da dərinləşdirir. Bu tip təşəbbüslər enerji təhlükəsizliyi, yaşıl enerji strategiyası və regional sabitlik mövzularında ortaq qərarların qəbuluna zəmin yaradır. Əminəm ki, əldə etdiyimiz uğurlu inkişaf tendensiyası bundan sonra da davamlı xarakter alacaq".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?