Bağça davası qanla bitdi: qonşusunu öldürüb, intihar etdi
İzmirin Foça rayonunda qonşular arasında bağça sərhədi üstündə mübahisə düşüb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə ötən gecə İzmirdə, Yeni Foça Mustafa Kamal Atatürk Məhəlləsində baş verib. Belə ki, 75 yaşlı Nihat Əli Fırat ilə 63 yaşlı qonşusu Adnan Güngör arasında bağça sərhədi üstündə mübahisə düşüb. Mübahisə getdikcə davaya çevrilib və 75 yaşlı kişi 63 yaşlı qonşusunu tapança ilə öldürüb, daha sonra isə eyni silahla intihar edib.
Qonşuların silah səsləri eşitdiyini bildirdikdən sonra hadisə yerinə polis və təcili tibbi yardım qrupları göndərilib. Ünvana gələn həkimlərin müayinəsi zamanı hər iki yaralının həyatını itirdiyi müəyyən edilib.
Hadisə yerində aparılan araşdırmalardan sonra meyitlər incələnmə üçün tibbi ekspertizaya aparılıb.
Hadisə ilə bağlı polis tərəfindən başladılan araşdırmalar davam edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1048 Tarix: 21 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Evdə qalsa oğurlanar dediyi qızıllarını bazarda oğurladılar - VİDEO
Türkiyənin Adana şəhərində bazara alış-verişə gedən suriyalı Meryem El Muhammed evdə oğurlanacağından ehtiyat etdiyi üçün özü ilə gəzdirdiyi 400 qram qızılı oğurlatdırıb. xəbər verir ki, Suriyadakı müharibədən qaçaraq 17 il əvvəl Adanaya köçən qadın ailəsi ilə birlikdə gələn ay vətəninə qayıtmağı planlaşdırırmış
3 iyulAğsuda çətənə kolu yetişdirən şəxs tutulub
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 51 yaşlı Amil Nağıyev saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun yaşadığı ünvanda
4 iyulYemək axtaran nəhəng ayı yaşayış məntəqəsinə endi - VİDEO
Türkiyənin Bursa vilayətində yerləşən Uludağ bölgəsində qida axtarmaq üçün yaşayış məntəqəsinə enən iri ayı mobil telefon kamerası ilə görüntülənib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Uludağın Sarıalan ərazisində baş verib. Meşədən yaşayış məntəqəsinə enən ayı bir müddət ətrafda qida axtarıb
7 iyulSürücüyə qarşı nalayiq hərəkətlər edən şəxs saxlanılıb - VİDEO
Türkiyənin İstanbul şəhərinin Sultanbəyli rayonunda yol hərəkəti zamanı mübahisə etdiyi sürücüyə qarşı nalayiq hərəkətlər edən M.K. polis əməkdaşları tərəfindən saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisənin sosial şəbəkələrdə yayılan görüntülərindən sonra araşdırmalara başlayan poli
7 iyulSumqayıtda dənizdə batan qadının kimliyi bilindi
Sumqayıt şəhərində ötən gün dənizdə boğulub ölən qadının kimliyi bəlli olub. -ın məlumatına görə, hadisə dünən şəhərin Sahil küçəsindəki çimərlikdə qeydə alınıb. Şəhər sakini - 2006-cı il təvəllüdlü M.İsmayılova dənizdə çimərkən batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktl
4 iyul