Köpəkbalıqları çimərliklərdə "dəli" kimi davranırlar - Avstraliyada ekoloji həyəcan
Cənubi Avstraliyanın ətraf mühit naziri Syuzan Klouz həyəcanverici bəyanatla çıxış edərək, köpəkbalıqlarının insanlara artan hücumlarını və qəribə davranışlarını bölgənin sahil sularında zəhərli yosunların geniş miqyasda yayılması ilə izah edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə News.com.au nəşri məlumat yayıb.
Syuzan Klouzun sözlərinə görə, son aylarda sahil yaxınlığında köpəkbalıqlarının misli görünməmiş aktivliyi müşahidə edilir. Dəniz yırtıcıları nəinki istirahət edən insanlara daha tez-tez hücum edirlər, həm də kütləvi şəkildə sahilə çıxırlar. Bu isə onlar üçün son dərəcə qeyri-tipik davranışdır.
"Köpəkbalıqları arasında əsl dəlilik müşahidə edirik və bunun səbəbi onları zəhərləyən toksik yosunlardır. Bu ekoloji fəlakət təkcə köpəkbalıqlarına deyil, skatlar və digər dəniz canlılarına da təsir edir", - deyə nazir bildirib.
Mütəxəssislər vurğulayıblar ki, yosunların zəhərli çiçəklənməsi dəniz faunasına ikiqat mənfi təsir göstərir. Birincisi, yosunlar sudan oksigeni sürətlə udaraq "ölü zonalar" yaradır. Bu zonalarda balıqlar sözün əsl mənasında boğulur, nəticədə dərinliklərdə yaşayan yırtıcılar səthə və dayaz sulara çıxmağa məcbur olurlar, bu isə insanlarla qarşılaşma ehtimalını artırır.
İkincisi, yosunların ifraz etdiyi toksinlər dəniz canlılarında daxili qanaxma və nevroloji pozuntulara səbəb olur. Bu da onların oriyentasiyasını pozur və aqressiv davranışa gətirib çıxarır. Köpəkbalıqlarının insanlara hücumlarının çoxalması və sahilə çıxmaları məhz bununla əlaqələndirilir.
Avstraliyanın dəniz ekosistemlərinin qorunması ilə məşğul olan "OzFish" təşkilatının məlumatına görə, hazırkı zəhərli yosun çiçəklənməsi təxminən 200 balıq növünün kütləvi ölümünə səbəb olub.
Nazir qeyd edib ki, yosunların bu il anormal dərəcədə yayılmasına iki əsas amil səbəb olub:
Okean temperaturunun yüksəlməsi,
Güclü küləklərin olmaması - bu küləklər adətən su qatlarının qarışmasına və yosunların yayılmasının qarşısının alınmasına kömək edir.
"Biz iqlim dəyişikliyinin ən gözlənilməz nəticələri ilə qarşılaşırıq", - deyə Syuzan Klouz vurğulayıb.
Mövcud vəziyyətlə əlaqədar Cənubi Avstraliya hakimiyyəti çimərlik ziyarətçilərinə yüksək dərəcədə ehtiyatlı olmağı və mümkün qədər açıq okean sularında üzməməyə çalışmaları barədə xəbərdarlıq edib.
"Okean özünü anormal aparır. Vəziyyət normallaşana qədər insanların təhlükəsizliyi birinci yerdə olmalıdır", - deyə nazir bildirib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 773 Tarix: 21 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖlümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabr"Powerbank"dakı gizli düymə nə üçündür?
Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri
15 noyabr800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
9 noyabrHər gün soyuq duş qəbul etsəniz, nə baş verər?
Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin
8 noyabrBeyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı
ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec
17 noyabrKöhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi
14 noyabrDünyada sahili olmayan yeganə dəniz
Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur
14 noyabrPeçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11 noyabr