Şakira konsertindən sonra təhlükə siqnalı: Minlərlə insan risk altındadır
Keçən həftə ABŞ-ın Nyu-Cersi ştatındakı MetLife stadionunda konsert verən latin musiqisinin ulduzu Şakira, on minlərlə pərəstişkarını möhtəşəm çıxışı ilə coşdursa da, tədbirdən sonra yayılan xəbər ciddi narahatlıq yaradıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-Cersi Səhiyyə Departamentinin (NJDOH) məlumatına görə, konsert iştirakçılarından biri — ştat xaricindən gələn bir nəfərdə qızılca aşkar olunub və həmin şəxs virusu başqalarına da yoluxdura biləcək vəziyyətdə olub. Rəsmilərin açıqlamasına görə, tədbirdə iştirak edən hər kəs qızılcaya məruz qalmış ola bilər.
Departament xəbərdarlıq edib ki, yoluxmuş şəxslərlə təmasda olan insanlarda simptomlar ən geci 6 iyuna qədər özünü göstərə bilər. Bu səbəbdən on minlərlə insan üçün qarşıdakı günlər kritik əhəmiyyət daşıyır.
Məlumat üçün qeyd edək ki, 2025-ci ildə ABŞ-da qızılca hallarının sayı sürətlə artmaqdadır. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) və ştat səhiyyə idarələrinin verdiyi məlumata əsasən, may ayının ortalarına olan vəziyyətə görə ölkə üzrə 1000-dən çox qızılca hadisəsi qeydə alınıb.
Bu halların böyük əksəriyyəti Texas ştatında cəmləşib və yoluxma sayı burada 700-dən çoxdur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1410 Tarix: 22 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy
20 sentyabrAdanada 5,0 bal gücündə zəlzələ baş verib
Türkiyənin Adana əyalətində 5 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsinin (AFAD) saytında dərc olunmuş məlumatlara görə, zəlzələnin episentri Sayambaylı bölgəsində olub. Zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib. Adana valiliyi hazırda heç bi
21 sentyabrBu ölkədə niqab qadağan edilir
İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Meloni bun
21 sentyabrAvropa qışa hazırlıq üçün Ukraynaya gizli avadanlıq göndərir
Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb, lakin çatdırılmalar ictimaiyyətə açıqlanmır. xəbər verir ki, agentliyin həmsöhbəti qeyd edib ki, "Avropalı müttəfiqlər artıq malik olduqları hər şeylə kömək edirlər: xüsusən də elektrik stansiyaları və istilik avadanlıqlar
21 sentyabrLitva və ABŞ PUA-ların birgə istehsalını planlaşdırır
Litva və ABŞ-nin müdafiə texnologiyaları şirkəti "Mach Industries" müdafiə sənayesi sahəsində strateji əməkdaşlıq və Ukraynaya dəstək üçün yeni imkanların yaradılmasına dair birgə bəyannamə imzalayıb. xəbər verir ki, bu barədə Litvanın müdafiə idarəsi məlumat yayıb. Məlumata görə, sənədi ABŞ-d
23 sentyabrApennin dağları necə yaranıb? - Alimlərdən təəccübləndirən kəşf
İtaliyadakı Apennin dağları paltardakı fermuarın açılmasına bənzər prosesin təsiri altında formalaşa bilər. Bu qənaətə Florensiya Universitetinin alimləri zəlzələlər, Yer səthinin hərəkətləri və yer qabığının quruluşu ilə bağlı məlumatları araşdırdıqdan sonra gəliblər. Qaynarinfo xəbər verir ki, yen
22 sentyabr