Napoleonun mühüm missiyalar üçün istifadə etdiyi əfsanəvi qılıncı satışa çıxarıldı
Napoleon Bonapartın 10 il ərzində daşıdığı əfsanəvi qılınc Parisdə 850 min funt sterlinqə (təxminən 1.9 milyon manat) satışa çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Bu silah 1804-cü ildə Napoleonun Fransa imperatoru elan olunması şərəfinə Versal silah zavodunda hazırlanıb. 81 sm-lik qılıncın üzərində "N Bonaparte" və "Premier Consul" (Birinci Konsul) yazıları həkk olunub. Napoleon bu qılıncı çox qiymətləndirirdi və 1815-ci ilin martına qədər özündə saxlayıb.
Sonradan o, bu qılıncı Lionun ələ keçirilməsi və Anqulem hersoqunun əsir alınması münasibətilə marşal Emmanuel de Qruşiyə hədiyyə edib. Vaterloo döyüşündəki məğlubiyyətdən sonra Napoleon Müqəddəs Yelena adasına sürgün edilib və ömrünün son illərini orada keçirib. Qılınc isə 210 il ərzində Qruşi ailəsində saxlanılıb və indi "Druo" hərracında satışa çıxarılıb.
Hərracın təşkilatçısı bildirib ki, bu silah nadirliyi, yüksək keyfiyyəti və unikal tarixi ilə fərqlənir. Bu qılınc Napoleonun iki əsrdən artıq bir ailədə qorunub saxlanılmış azsaylı şəxsi əşyalarından biridir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 863 Tarix: 22 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
19 sentyabrQorxulu yuxuların səbəbi - Açıqlandı
İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində
18 sentyabrGözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma
Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər
17 sentyabrToyuğun döşü, yoxsa budu daha faydalıdır?
Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə
19 sentyabrSiqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI
15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə
17 sentyabrRusiyada inəyin itməsi ayının iki nəfəri parçalaması ilə nəticələndi
Rusiyanın İstintaq Komitəsinin Tomsk vilayəti üzrə İdarəsi iki yerli sakinin meyitinin tapıldığı yerdə mütəxəssislərin araşdırma apardığını bildirib. -ya istinadən xəbər verir ki, hadisə Sever kəndi yaxınlığında baş verib. 44 yaşlı kişi fermasından inəyin itdiyini öyrəndikdən sonra onu axtarmağa yollanıb
21 sentyabr