31 ildir həbsdədir, əfv olunmaq istəyir (FOTO)
Azərbaycanda gələn həftə imzalanması gözlənilən əfv sərəncamı yüzlərlə məhkum və onların ailələrində ümid yaradıb. Artıq Əfv Komissiyası müraciətlərə baxılmasını başa çatdırıb.
"Qafqazinfo"nun məlumatına görə, əfv üçün müraciət edənlər siyahısında ömürlük məhkumlar da yer alır.
Onlardan biri də 53 yaşlı Bayramov Rafiq Səməd oğludur. R.Bayramov 31 ildir ki, həyata Qobustan həbsxanasının barmaqlıqları arasından baxır.
Rafiq Gəncədə baş verən şəxsi mübahisə nəticəsində həmyaşıdını qətlə yetirdiyi üçün tutulub. Cinayətdən sonra bir müddət ölkədən qaçsa da, xaricdə tutularaq Azərbaycana ekstradisiya olunub. Məhkəmənin hökmü ilə ona 22 yaşında ömürlük həbs cəzası verilib. Bu hökmün oxunmasından düz 31 il keçir.
Vəkili Rəsul Cəfərov deyir ki, müvəkkili uzun illər ərzində davranışlarına və həyat tərzinə görə islah olunmuş sayılır və artıq cəmiyyət üçün təhlükəli hesab edilmir: "30 ildən çox həbs həyatı onun islah olunması üçün kifayət qədər əsas verir. Buna baxmayaraq, məhkəmələr cəzanın çəkilmiş hissəsini nəzərə alaraq şərti azadlığa buraxılma barədə müraciətlərimizi rədd etdi. Halbuki qanun buna imkan verir. Müvəkkilim Birinci Qarabağ Müharibəsi iştirakçısı olub. Döyüşlərdə fəal iştirak edib, Ağdamın işğalı vaxtı ayağından yaralanıb. Ən əsası isə Rafiq Bayramov bir sıra xroniki xəstəliklərdən əziyyət çəkir".
Rafiqə ailə həyatı qurmaq nəsib olmasa da, evdə onun yolunu gözləyən 78 yaşlı anası var. Məsmə Bayramovanın yeganə arzusu da elə onunla yenidən birlikdə olmaqdır. Ana illərdir bu cümləni gözlədiyini deyir: "Rafiq əfv olundu".
Rafiq Bayramovun 10 il əvvəlki və indiki fotolarını təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2917 Tarix: 23 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞagirdinin valideynindən 65 min alıb qaytarmadı - Həbs edildi
Mingəçevir şəhərində tanışına qarşı dələduzluq etmiş 1980-ci il təvəllüdlü Sevinc Mahmudova həbs olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Mingəçevirdəki Kəlbəcər məktəbinin fizika müəllimi olan qadın Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi üzrə təqsirl
29 sentyabrFatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək
7 oktyabrŞamaxıda qadın su çənində boğuldu
Şamaxı rayonunda 50 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, Şamaxı şəhər sakini 1976-cı il təvəllüdlü Piriyeva Pakizə Gülaməddin qızı həyətindəki su çəninə düşüb. O, suda boğularaq vəfat edib. Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılı
11 noyabrLerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var
Oktyabrın 20-si gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub. -a istinadən xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqda
21 oktyabrPlastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasından məhrum edildi
Xəbər verdiyimiz kimi, məhkəmə həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum edib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, mirasdan məhrum edilən şəxs plastik cərrah Türkan Gündüzün həyat yoldaşı Muhammet Gündüz imiş. Mərhumun qızı atasının anasından qalan mirasa münasibətdə ləyaqətsiz vərəs
13 oktyabrNovruz bayramı günü bibisi oğlunu öldürənə - 14 il həbs verildi
Bu ilin mart ayında bibisi oğlu 1976-cı il təvəllüdlü Rövşən Abdullayevi bıçaqlayaraq öldürən Rizvan Söhbətova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 120.1 və 228.5-ci maddələri ilə təqsirli bilib. Araşdırmalar zamanı məlum olu
19 oktyabrVüqar Qurbanovun vəzifəli qohumunun bıçaqlanmasının şok təfərrüatı
Abşeronda direktor müavininin bıçaqlanması ilə nəticələnən hadisənin detalları məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədən Elçin Balayevə nizam-intizam məsələlərinə görə bir neçə dəfə direktor müavini Orxan Ənvərli tərəfindən xəbərdarlıq edilib. Lakin xəbərdarlıqlara məhəl qoymayan E.Balaye
8 oktyabr