Gənc qız sevgilisi tərəfindən bıçaqlanaraq öldürüldü

Gənc qız sevgilisi tərəfindən bıçaqlanaraq öldürüldüBalıkesirin Erdek bölgəsində baş vermiş dəhşətli hadisədə 23 yaşlı Dilruba Elif Çetin, sevgilisi Burak İ. (26) tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə axşam saat 22:00 radələrində Zeytinli məhəlləsinin Kurbağalı ərazisində yerləşən binanın birinci mərtəbəsində baş verib.

İddiaya görə, evin eyvanında birgə alkoqol qəbul edən Dilruba Elif Çetin və Burak İ. naməlum səbəbdən mübahisə edib. Qısa müddətdə mübahisə dava halını alıb və Burak İ. əlinə keçirdiyi bıçaqla sevgilisinə hücum edib. Gənc qadın aldığı bıçaq zərbələri ilə yerə yıxılıb, şübhəli isə eyvandan atılaraq hadisə yerindən qaçıb.

Qonşuların səsi eşidərək verdiyi məlumat əsasında əraziyə polis və təcili yardım əməkdaşları göndərilib. Sağlamlıq işçiləri Dilruba Elif Çetinin artıq həyatını itirdiyini müəyyənləşdirib. Şübhəli Burak İ. isə qısa müddət sonra hadisə yerinin yaxınlığında avtomobildə saxlanılıb.

Gənc qızın meyiti tibbi ekspertiza üçün Bursa Ədliyyə Tibb İnstitutuna göndərilib. Hadisə ilə bağlı istintaq davam edir.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2455   Tarix: 23 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Övladını və gəlinini baltalayan 70 yaşlı kişi: "Oğlanı zorlamışdı..."

Bakıda oğlunu və gəlinini öldürməyə cəhddə təqsirləndirilən Mehdi İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 70 yaşlı Mehdi İsmayılovun oğlunu və gəlinini niyə baltalaması müəmma kimi qalıb. həmin cinayət işi üzrə materialları əldə edib. İttihama görə, hadisə ötən il dekabrın 5-də saa

30 avqust 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

Azərbaycanda ailə qətliamı: Nə baş verib? - TƏFƏRRÜAT

Azərbaycanda həyat yoldaşını və qayınatasını qətlə yetirən kişi sonda özünü də öldürüb. "Xəzər TV"yə istinadən xəbər verir ki, dəhşətli hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində baş verib. Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Nizami Məhərrəmov ov tüfəngi ilə həya

22 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran Rayon Prokurorluğunda aparıla

3 sentyabr 2021
.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021
.

Balakəndə narkotacirlər ələ keçdi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl

15 sentyabr 2021
.

Bakıda ər qrup şəklində cinsi əlaqə təklif edən arvadına 18 bıçaq zərbəsi vurub – İSTİNTAQ MATERİALLARI

Boşanmış şəxslərin və ya boşanmaq istəyən insanların bir-birinə ədavətinin davam etməsi, bunun qanlı nəticələri haqqında kriminal təcrübədə sonsuz sayda nümunələr var. Xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə ilə nəticələnən belə bir nümunə ilə sizi tanış edəcəyik. Mətbuatda bununl

13 sentyabr 2021
.

Qaxda meşəlik ərazidə yanğın BAŞLADI

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri

25 avqust 2021