Da Vinçinin yaşayan qohumları tapıldı
"Leonardonun DNT-si" layihəsinin tədqiqatçıları dahi rəssamın soy ağacının ən dəqiq versiyasını hazırlayıblar və hətta genealoji analizlər vasitəsilə onun altı sağ qohumunu tapdıqlarını bildiriblər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Leonardo da Vinçi İrs Assosiasiyasından Alessandro Vezzosi və Anyese Sabatonun müəllifi olduğu "Genìa Da Vinci. Genealogy and Genetics for Leonardo’s DNA" kitabı rəssamın təxminən 700 ili əhatə edən, 21 nəsildən ibarət və 400-dən çox şəxsi əhatə edən mürəkkəb soy ağacını sənədləşdirir.
Tarixi arxivləri dərin araşdıran tədqiqatçılar da Vinçinin uzun müddət itib getmiş soy ağacının budaqlarını bərpa etməyə nail olublar. Onlar həm atasından, həm də qardaşı Domeniko Benedettodan gələn xətt üzrə 15 sağ kişi nəslini müəyyənləşdiriblər.
Növbəti mərhələdə tədqiqatçılar bu şəxslərin DNT-sini analiz ediblər. "Leonardonun DNT-si" layihəsinə rəhbərlik edən və Florensiya Universitetinin Biologiya fakültəsinin professoru David Karamelli, məhkəmə antropoloqu Elena Pilli ilə birgə bu altı kişinin genetik materialını yoxlayıb.
Əlamətdar məqam odur ki, bu altı şəxsin hamısında Y xromosomunun uyğun seqmentləri tapılıb - bu, yalnız kişilər xətti ilə ötürülən genetik işarədir. Alimlərə görə, bu fakt da vinçilərin kişi xəttinin azı 15 nəsil boyunca genetik baxımdan pozulmadan davam etdiyini sübut edir.
Leonardo da Vinçinin özünə məxsus təsdiqlənmiş DNT heç vaxt müəyyən edilməyib. Alimlər onun bir neçə qohumunun dəfn olunduğu Vinçi şəhərindəki Santa Kroeç kilsəsindəki qəbirlərdən çıxarılan sümük fraqmentlərini analiz ediblər. Lakin yalnız bir nümunə ilkin genetik analizdən keçib və bu nəticələr yeni kitabın əsasını təşkil edib.
Alimlər əlavə analizlərin zəruri olduğunu bildirirlər. Bununla belə, artıq məlumdur ki, tapılmış qohumlar Leonardo da Vinçinin birbaşa nəslindən deyillər, çünki onun övladları olmayıb. Tarixçilər və bioqraflar, onun qeyri-ənənəvi seksual oriyentasiyaya malik olduğunu ehtimal edirlər.
"Lakin biz bilirik ki, Leonardonun çoxlu sayda qardaş və bacıları olub," – nəşr vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1665 Tarix: 23 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranla münaqişədə həlak olan Amerika əsgərlərinin sayı 19-a çatıb
Pentaqonun rəsmi məlumatlarına görə, İranla münaqişədə həlak olan amerikalı hərbçilərin ümumi sayı 19-a çatıb. xəbər verir ki, ABŞ ordusu statistikasını yenilədikdən sonra İrana qarşı əməliyyatda ölənlərin sayı bir nəfər artıb. Eyni zamanda, hərbçinin şəxsiyyəti rəsmi olaraq açıqlanmır. Pentaqon sözçüs
23 sentyabrPeskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüş keçirməyə hazırdır. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. O qeyd edib ki, lakin bu cür təmasların mümkün keçirilmə müddətlərin
23 sentyabrƏbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20 sentyabrABŞ-də dizelin qiyməti rekordu yeniləyib
ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd
20 sentyabrHaaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy
20 sentyabrTokioda tayfun səbəbindən 461 reys ləğv edilib
Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminə
21 sentyabrUkrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib
Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxsləri mübadilə edib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib. Qeyd olunub ki, Ukrayna ümumilikdə 15 nəfəri, Rusiya isə üç nəfəri geri qaytarıb. "Dah
20 sentyabrQrenlandiya ilə bağlı tarixi addım: Tramp saziş bağlandığını açıqladı
ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya ilə saziş bağlandığını bəyan edib. Onun sözlərinə görə, saziş Birləşmiş Ştatların Arktika adasında daimi hərbi hüquqlar əldə etməsini nəzərdə tutur. xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb. "Məmnuniyyətl
20 sentyabrİtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"
İtaliyanın dərinliklərində qeyri-adi geoloji proses baş verir. Alimlər ehtimal edirlər ki, yer qabığının aşağı təbəqələri tədricən ayrılaraq mantiyaya doğru batır. Bu proses yer qabığının sanki içəridən "açılmasına" bənzəyir. Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" yazıb. Apenni
21 sentyabr