Müharibə veteranlarına verilən müavinət artacaq? - Açıqlama

Müharibə veteranlarına verilən müavinət artacaq? - AçıqlamaMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "Yaşayış minimumu haqqında" Qanuna dəyişiklik layihəsi müzakirə olunaraq plenar iclasa tövsiyə edilib. Dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə olan şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək. Hazırda qanunvericilik sosial sahəyə aid müəssisələri bu normalarla əhatə etmir ki, bu da həmin müəssisələrin imkanlarını məhdudlaşdırırdı. Yeni dəyişiklik bu boşluğu aradan qaldıracaq.

Bundan əlavə, sonuncu dəfə 11 il əvvəl təsdiqlənmiş minimum istehlak səbətinin bu il yenilənməsi gözlənilir. Bildirilir ki, bu səbət artan həyat xərclərini nəzərə ala bilər və bu da 285 manat olan yaşayış minimumunun artırılmasına zəmin yarada bilər. Yaşayış minimumu artdığı təqdirdə, ona indeksləşdirilən sosial ödənişlər - o cümlədən müharibə veteranlarına verilən 80 manatlıq aylıq müavinətin də artıb artmayacağı sual doğurur.

Maraqlıdır, müharibə veteranlarına verilən 80 manat artacaqmı?

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Aydın Hüseynov News24.az-a bildirib ki, sosial islahat paketinin genişləndirilməsi dövlətin strateji və davamlı hədəflərindən biridir:

"Yaşayış minimumu haqqında" Qanuna ediləcək dəyişikliklər fonunda hökumətin sosial siyasəti yenidən gündəmə gəlib. Dövlət büdcəmizin gəlirləri fonunda sosial zərflər formalaşır və bu istiqamətdə artımlar həyata keçirilir. Bu zərflər hazırlanarkən vətəndaşların sosial rifahının artırılmasına kompleks yanaşılır".

Deputatın sözlərinə görə, büdcə gəlirlərinin artması şəraitində sosial müdafiə tədbirləri daha da genişlənəcək. Bu isə təkcə əmək pensiyaları və müavinətləri deyil, həmçinin aztəminatlı təbəqələrə, şəhid ailələrinə, müharibə veteranlarına və digər sosial qruplara göstərilən dəstəyi də əhatə edəcək.

"Ölkənin maliyyə imkanları artdıqca, bu artımların ən çox əks olunduğu sahə məhz sosial sektor olacaq. Əgər dövlət büdcəsinin gəlirləri əvvəlki illərlə müqayisədə artmağa davam edərsə, bu artımların birbaşa vətəndaşların sosial rifahına yönləndirilməsi baş tutacaq. Bu, həm də hökumətin sosial ədalət prinsipinə sadiqliyinin göstəricisidir".

Aydın Hüseynov Yaşayış minimumu haqqında" qanuna ediləcək dəyişikliklər çərçivəsində istehlak səbətinin yenidən müəyyənləşdirilməsi və onun 11 ildən sonra ilk dəfə yenilənməsi nəzərdə tutulur. Bu addım yaşayış minimumunun artırılmasına zəmin yaradacaq.

Müharibə veteranlarına verilən 80 manatlıq müavinət yaşayış minimumuna uyğun indeksləşdiyi üçün eyni nisbətdə artacağı təqdirdə 15% artım halında - müavinət təxminən 92 manat ola bilər. Bu rəqəmlər təxmini proqnozlar üzərində qurulub və dəqiq məbləğlər rəsmi təsdiqdən sonra məlum olacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2423   Tarix: 24 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?

Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas

22 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi

23 sentyabr
.

Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?

Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında

22 sentyabr
.

Hərbi qulluqçuların sosial təminatında yeni mərhələ

Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin

23 sentyabr
.

Pulsuz metro tıxacları azaldacaq?

Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas

23 sentyabr
.

Bakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?

Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs

22 sentyabr
.

Sentyabrın pensiyaları ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd

22 sentyabr
.

Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI

Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar

22 sentyabr
.

Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)

Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz

23 sentyabr