Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə - Ağır cəza+Foto

Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə - Ağır cəza+FotoTürkiyədə Azərbaycan vətəndaşı olan 25 yaşlı tələbə döyülərək ona qarşı əxlaqsız hərəkətlər edilib.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Zonquldak şəhərində qeydə alınıb.

Sözügedən tələbəni girov saxlayan dəstə üzvlərinin məhkəməsi artıq yekunlaşıb. Zonquldak 3-cü Ağır Cinayət Məhkəməsi dəstənin 6 üzvünü qanunsuz azadlıqdan məhrumetmə, qanunsuz silahlı dəstə qurma, hədə-qorxu ilə tələb etmə kimi əməllərdə təqsirli bilib.

Qeyd edilib ki, Azərbaycan vətəndaşı olan 25 yaşlı şəxs 2 il əvvəl narkotik vasitələrin satışı ilə məşğul olan dəstəyə qoşulub. Lakin bir müddət sonra onu polis yaxalayıb və dəstə üzvləri tərəfindən verilmiş qanunsuz silahı hüquq-mühafizə orqanları götürüb. Bundan sonra dəstə üzvləri 25 yaşlı şəxsi cəzalandırmaq qərarına gəlib. Onu qapalı yerə salaraq döyüblər, həmçinin əxlaqsız hərəkətlər edərək videoya çəkiblər.

Məhkəmənin hökmü ilə dəstənin rəhbəri olan A.K 40 il həbs cəzasına məhkum edilib. Digər dəstə üzvlərindən M.A 31 il 8 ay, S.K 8 il 6 ay cəza alıb. Digər 3 nəfərdən ikisinin polisin nəzarəti altında qalmasına, birinin isə tamamilə sərbəst buraxılmasına qərar verilib.
Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə - Ağır cəza+FotoTürkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə - Ağır cəza+FotoTürkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə - Ağır cəza+FotoTürkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə - Ağır cəza+Foto


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1527   Tarix: 24 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Könül Həmzəyeva axtarışa verildi

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Könül külli miqdarda dələduzluqda ittiham olunur. K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilib. Hazırda Xəzər Rayon Polis İdarəsind

10 mart
.

Ayrılığı həzm edə bilmədi, həyat yoldaşına bıçaqlı hücum etdi

İstanbul şəhərinin Sultangazi rayonunda bıçaqlanma hadisəsi baş verib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, Vahyettin Ç. adlı şəxs evinin qarşısında boşanma mərhələsində olduğu həyat yoldaşının sevgilisi olduğunu iddia etdiyi kişini görüb. Bu zaman tərəflər arasında mübahisə yaranı

27 fevral
.

Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - ANBAAN GÖRÜNTÜLƏR

Bakı şəhərində fəaliyyət göstərən marşrut avtobuslarından birində sərnişinin içərisində 200 manat olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Daxil olmuş məlumat əsasında polis əməkdaşlarının həyata keçirdiklər

9 mart
.

İlqar Əliyevin cəzası azaldıldı

Narkotik ittihamı ilə məhkum edilən informasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev barəsindəki qərar dəyişdirilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ali Məhkəmə məhkumun şikayətini qismən təmin edib. Qərara əsasən, İlqar Əliyevin cəzası dörd ildən ü

2 mart
.

"Kernel" mağazasında oğurluq

Bakının Nizami rayonunda fəaliyyət göstərən "Kernel" mağazasında oğurluq hadisəsi baş verib. Qaynarinfo-nun əldə etydiyi məlumata görə, mağazanın saxlanc yerindən 535 manat oğurlanıb. Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verildikdən sonra oğurluq cinayətini törətməkdə şübhəli bilinə

3 fevral
.

Bakıda bıçaqlanan ata öldü - 15 yaşlı qızı saxlanıldı

Bakıda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, bıçaqlanan 49 yaşlı Rüfət Haşımovun həyatını xilas etmək mümkün olmayıb. Hadisə Nizami rayonu ərazisində qeydə alınıb. Cinayəti onun 15 yaşlı qızının törətməsinə əsaslı şübhələr müəyyən edilib. Yeniyetmə saxlanılıb. Qeyd edə

4 fevral
.

Tərtərdə qəzada sərnişin öldü

Tərtər rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həlak olub. "Qafqazinfo" xəbər verir ki, qəza rayonun Seydimli kəndi ərazisində qeydə alınıb. Tərtər rayon sakini İxtiyar Cəfərovun sükanı arxasında olduğu "JAC" markalı avtomobil hərəkətdə olarkən sürücü idarəetmən

10 fevral
.

Müəllimi atasının silahı ilə vurubmuş - Polis həmin şagirdi saxladı

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Binəqədi rayonunda yerləşən "İdrak" liseyində 10-cu sinif şagirdi müəllimini güllələyib. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, hadisə bu gün saat 09 radələrində baş verib. Qeyd edilib ki, Binəqədi rayonunda yerləşən özəl "İdrak"

6 fevral
.

Həbsdən çıxan müğənni Dəniz Əsədova ilə bağlı ŞOK FAKT: Dörd dəfə ad-soyadını dəyişib

Bir müddət əvvəl həbsdən azad olunan və hazırda barəsində başqa cinayət işi üzrə məhkəmə prosesi davam edən müğənni Dəniz Əsədovanın dörd dəfə ad və soyadını dəyişdiyi məlum olub. xəbər verir ki, bu barədə müğənni ilə bağlı keçirilən cinayət işi üzrə ittiham aktında şahid və zərərçəkmişlərin ifadələrind

2 mart