Dünyanın ən asan dili hansıdır? - Bir neçə saata öyrənə bilərsiz

Dünyanın ən asan dili hansıdır? - Bir neçə saata öyrənə bilərsizTəsəvvür edin, bir xarici dili yeni proqramı telefonda öyrənməkdən daha tez mənimsəyirsiniz. Bu fantastika kimi səslənir, amma belə bir dil mövcuddur — XIX əsrin sonunda yaradılmış esperanto. Deyilənə görə, Lev Tolstoy bu dili cəmi üç saata öyrənib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, esperanto o qədər məntiqli və sadədir ki, hətta yeni başlayan biri cəmi bir neçə günə mətnləri oxumağı, bir həftəyə isə dialoqlar qurmağı bacarar.

Bəs niyə bu dil barədə az adam məlumatlıdır?

Esperantonun sirri — istisnaların olmamasındadır. Bütün fellər eyni qayda ilə dəyişir, isimlərdə cins yoxdur, sözlər isə asanlıqla kombinə olunan köklərdən düzəlir.

Məsələn, san- ("sağlamlıq") kökü sana ("sağlam"), malsana ("xəstə"), sanejo ("xəstəxana") sözlərini yaradır. Əlifba fonetikdir: hər hərf hər sözdə eyni tələffüz olunur. İngilis və fransız dillərindəki kimi mürəkkəb səslər yoxdur, vurğu isə həmişə sondan əvvəlki hecaya düşür.

Bəs niyə esperanto dünya dili olmadı? Bunun bir neçə səbəbi var. Əvvəla, onun "mədəni fonu" yoxdur — bu dili dəstəkləyən bir ölkə və ya tarix mövcud deyil. İkincisi, siyasətçilər və iş adamları ingilis dili kimi dominant dillərə üstünlük verirlər.

Lakin esperanto yaşayır: bu dildə təxminən 2 milyon insan danışır, konfranslar keçirilir, kitablar yazılır. Bugün esperanto karyera üçün deyil, icma və bərabərlik ideyası naminə öyrənilir — çünki bu dil heç bir millətə məxsus deyil. Sınaqdan keçirin: dərsliyə və ya tətbiqə baxın, və cəmi bir saata strukturu başa düşəcəksiniz. Üç saat sonra isə — Tolstoy kimi — sadə mətnləri oxuya biləcəksiniz.

Bəlkə bu yeganə dildir ki, burada səhv etmək demək olar ki, mümkün deyil və irəliləyiş dərhal hiss olunur. Kim bilir, bəlkə də növbəti dəfə esperanto dilində sürətlə danışan məhz siz olacaqsınız — bunu hiss etməyə belə vaxt tapmadan.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 22136   Tarix: 25 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

7 noyabr
.

Pomidoru soyuducuda saxlamayın

Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə

14 noyabr
.

Qədim Misirdə pişiklərə münasibətin görünməyən tərəfi üzə çıxıb

Qədim Misirdə müqəddəs hesab edilən pişiklərin əslində ağır şəraitdə yaşadığı məlum olub. xəbər verir ki, alimlər Vyana Təbiət Tarixi Muzeyində saxlanılan qədim Misir pişiklərinə aid 131 kəlləni araşdırıblar. Tədqiqatın nəticələri "Journal of Archaeological Science" elmi jurnalında dərc olunub

14 noyabr
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12 noyabr
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

9 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr
.

Sürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB

Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili

15 noyabr