Volodimir Zelenski Prezident İlham Əliyevi təbrik edib
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Sonxeber.az President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Ukrayna xalqı adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Azad Ukrayna və Azərbaycan həmişə öz münasibətlərini ortaq dəyərlərə, qarşılıqlı dəstəyə, hörmətə və hərtərəfli əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq ruhunda inkişaf etdirməyə çalışmışlar.
Əminəm ki, strateji tərəfdaşlıq münasibətlərinin dinamikası yalnız qorunub saxlanılmayacaq, eyni zamanda, Ukrayna və Azərbaycan xalqlarının maraqları naminə daha da möhkəmləndiriləcəkdir.
Bu gün Rusiyaya qarşı mübarizədə Ukrayna beynəlxalq dəstəyi yüksək qiymətləndirir və biz Azərbaycanın dövlətimizin suverenliyini və ərazi bütövlüyünü beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq dəstəkləməsinə, eləcə də humanitar yardım göstərilməsinə görə minnətdarıq.
Bu fürsətdən istifadə edərək, Sizə, çox hörmətli cənab Prezident, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh, rifah və firavanlıq arzulayıram".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 574 Tarix: 25 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp: FES-in yeni rəhbəri tamamilə müstəqil olmalıdır
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Federal Ehtiyat Sisteminin (FES) yeni sədri Kevin Uorş dövlət başçısından da asılı olmayacaq dərəcədə tamamilə müstəqil olmalıdır. "Report"un məlumatına görə, o, bunu Ağ Evdə nizamlayıcının yeni rəhbərinin andiçmə mərasimində deyib. D.Trampın sözlərin
24 mayPaşinyan Baş nazir vəzifəsindən istefa verməsi üçün şərtini açıqlayıb
Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşların əksəriyyətinin tələbi ilə vəzifəsindən istefa verməyə hazır olduğunu bildirib. "Report" xəbər verir ki, Paşinyanın şənbə günü seçki kampaniyası zamanı çıxışında bir kişi ona yaxınlaşaraq Baş nazir vəzifəsindən istefa verməsini qışqırb. "Əgə
24 mayTramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar zamanı Çin lideri onu tənqid edərkən Yaponiyanın Baş naziri Sanae Takaiçini dəstəkləyib. "Report" xəbər verir ki, bu barədə Yaponiyanın "Yomiuri Shimbun" qəzeti hökumət mənbələrinə istinadən yazıb. Nəşri
24 mayİran ABŞ-yə yeni nüvə təklifi verdi
İran ABŞ ilə aparılan dolayı danışıqlar çərçivəsində uranın 3.6%-dən yuxarı zənginləşdirilməsinin 10 il müddətinə dayandırılması təşəbbüsü ilə çıxış edib. xəbər verir ki, bu barədə "Al Hadath" mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, İran uranın 20%-dən yuxarı zənginləşdirilmiş hissəsin
24 mayYaponiyada yemişlər hərracda rekord qiymətə satıldı
Yaponiyada becərilən bir cüt premium "Yubari" yemişi mövsümün ilk auksionunda rekord qiymətə - 5.8 milyon yenə (təqribən 36 500 ABŞ dolları) satılaraq 2019-cu ildə qeydə alınan beş milyon yenlik əvvəlki rekordu qırıb. xəbər verir ki, məlumatı "Japan Today" nəşri yayıb. Məhsulu Kusir
24 may