Suda bişmiş yumurtaları nə qədər saxlamaq olar?

Suda bişmiş yumurtaları nə qədər saxlamaq olar?Suda bişmiş yumurtalar məşğul qadınlar üçün əsl xilas yoludur. Onlar zülalla zəngindir, hazırlanması asandır və sürətli qəlyanaltılar, səhərlər və hətta avokadolu tostlar üçün idealdır. Lakin bu rahat qida məhsulunu doğru saxlamaq vacibdir.

Lent.az bu barədə məlumat verir:

Bişmiş yumurtalar nə qədər saxlanılır?
Soyuducuda:

Qabığında (təmizlənməmiş) – 7 günə qədər

Qabıqsız (təmizlənmiş) – 1–2 gün, əgər düzgün şəraitdə saxlanılarsa

Qabığın rolu:
Yumurta qabığı təhlükəsiz və təbii qoruyucu qat rolunu oynayır: nəmi saxlayır, soyuducudakı qoxulardan qoruyur və bakteriyaların keçməsini çətinləşdirir.

Bişmiş yumurtalar necə saxlanılmalıdır?
Soyuyana qədər gözləyin. İsti yumurtanı soyuducuya qoymaq bakteriya riskini artırır. Hava keçirməyən qabda saxlayın. Bu, yumurtanı qurumaqdan və ətraf qoxuları çəkməkdən qoruyur. Sellofan paketdə saxlamayın. Bu, rütubət və bakteriya yığılmasına səbəb ola bilər. Soyuducunun orta rəfində saxlayın. Orada temperatur daha sabit olur (təxminən +4°C). Qabıqsız yumurtaları — nəmli kağız dəsmalla birlikdə saxlamaq nəm balansını qorumağa kömək edər.

Bişmiş yumurtanı dondurmaq olar?
Tam şəkildə – xeyr. Ağlar dondurulandan sonra rezin kimi olur və çoxlu nəmlik buraxır.

Ancaq sarısını dondurmaq olar:
Ağlardan ayırıb hava keçirməyən qabda dondurun. Sonra souslar, salatlar və ya qatqı kimi istifadə etmək mümkündür.

Yumurta xarab olubsa, necə tanıyaq?
Qoxu: Kəskin, kükürdə bənzər və ya xoşagəlməz qoxu varsa, yumurtanı dərhal atın.

Konsistensiya: Ağı sürüşkən, sarısı isə çox quru və ya "daş kimi"dirsə – təhlükə əlamətidir.

Rəng: Sarının ətrafında yaşıl halqa – normal reaksiyadır (dəmir və kükürd arasında yaranır). Lakin digər qəribə ləkələr, rəng dəyişiklikləri təhlükəlidir.

Dad: Əgər qoxu normaldırsa, amma dadı acı və ya kimyəvi dad verirsə – risk etməyin!

Qızıl qayda: Əgər şübhəlisənsə at

Vacib tövsiyələr
Bişmiş yumurtanı otaq temperaturunda 2 saatdan çox saxlamayın – mikrobların çoxalması üçün ideal şərait yaranır. Qabların üzərinə tarix yazın – bişirildiyi tarixi qeyd etmək son istifadə vaxtını unutmağınıza imkan verməz.

Bişmiş yumurtalardan necə istifadə etmək olar?
Onları Nisua salatına, qarabaşaq və tərəvəzlərə, ya da boowllara əlavə edin. Yunan qatığı ilə yumurta salatı hazırlayın. Avokadolu, çuğundurlu və ya humuslu tostların üzərinə qoyun. Sarını rəndələyərək ev souslarına və ya paştetlərə dad verin. Suda bişmiş yumurtalar düzgün saxlanıldıqda həm dadlı, həm də faydalı bir qidadır. Onlar sizin mətbəxinizdə tez, qidalı və şık yeməklərin əsasına çevrilə bilər. Əsas odur ki, gigiyena qaydalarına əməl edin, saxlama müddətinə diqqət yetirin və sağlamlığınızı riskə atmayın.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2980   Tarix: 25 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

7 noyabr
.

Pomidoru soyuducuda saxlamayın

Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə

14 noyabr
.

Qədim Misirdə pişiklərə münasibətin görünməyən tərəfi üzə çıxıb

Qədim Misirdə müqəddəs hesab edilən pişiklərin əslində ağır şəraitdə yaşadığı məlum olub. xəbər verir ki, alimlər Vyana Təbiət Tarixi Muzeyində saxlanılan qədim Misir pişiklərinə aid 131 kəlləni araşdırıblar. Tədqiqatın nəticələri "Journal of Archaeological Science" elmi jurnalında dərc olunub

14 noyabr
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12 noyabr
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

9 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr
.

Sürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB

Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili

15 noyabr