Tərkibində ən təhlükəli parazit və zəhər olan balıqlar

Tərkibində ən təhlükəli parazit və zəhər olan balıqlarBalıq rasionun vacib elementi hesab olunur, lakin bu məhsulun keyfiyyətinə xüsusi diqqət yetirmək lazımdır. Balıq yüksək qida dəyərinə malikdir – asanlıqla mənimsənilən zülal, omeqa-3 yağ turşuları və mikroelementlərlə zəngindir. Lakin bununla yanaşı, parazitlərlə yoluxma mənbəyi də ola bilər. İstənilən balıq növü parazit daşıyıcısı ola bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, norveçli mütəxəssis Arne Levsenin izah etdiyi kimi, müəyyən şərtlər yoluxma ehtimalını artırır.

Yoluxma riskinə təsir edən amillər

Təbii (vəhşi) balıq, fermalarda yetişdirilən balıqla müqayisədə daha çox parazit daşıyır. Yırtıcı və iri balıqlar, zəncirin yuxarı pilləsində durduqları üçün yoluxmuş balıqları yeyərək parazitləri toplayırlar.

Balığın tutulduğu ərazi vacibdir – bəzi bölgələrdə balıqlarda parazitlərin yayılması daha çoxdur. Bəzi balıq növləri fizioloji cəhətdən müəyyən parazitlərə daha həssasdırlar.

Hansı balıq növləri daha çox təhlükə daşıyır?

Aşağıda sağlamlıq üçün potensial təhlükəli və yoluxma riski yüksək olan balıq növləri təqdim olunur:

Losos, xüsusilə Sakit okean lososu - nematodlar (yuvarlaq qurdlar) və lent qurdları daşıya bilər.

Seld (hamsi) və treska - tez-tez anizakidlər ilə yoluxur; bu parazitlər mədə-bağırsaq traktında iltihab və xoralar yaradır.

Kambala və dəniz barsı (okean levreği) - treskaya bənzər parazitlərə həssasdır.

Skuмbriya da nematod daşıyıcısı ola bilər.

Şirin sulu balıqları da təhlükəlidir.

Xüsusilə karp ailəsinə aid balıqlar - ləyç, plovça - kloхorxoz adlanan, qaraciyər və öd yollarına zərər vuran parazitlərlə yoluxa bilər.

Şüka və sudak - difillobotrioz (lent qurdu) daşıyıcısı ola bilər; bu parazit insanın bağırsağında 10 metrə qədər uzana bilir.

Zəhərlənmiş balığı necə tanımaq olar?

Parazitləri adi gözlə görmək çətindir. Bəzən ətində sapabənzər nazik qurdcuqlar sezilə bilər, lakin çox vaxt onlar gözlə görünmür.

Aşağıdakı əlamətlər sizi ehtiyatlı olmağa vadar etməlidir:

Balıq filesi selikli, bulanıq və ya qatı halında olarsa - bu həm xarab olma, həm də yoluxma əlaməti ola bilər.

Parazitlərdən necə qorunmalı?

Balığı təhlükəsiz istehlak etmək üçün aşağıdakı üsullar tövsiyə olunur:

1. Termiki emal

Ən etibarlı üsuldur. Balığın daxili temperaturunun ən azı 5 dəqiqə 63°C-yə çatdırılması parazitləri məhv edir.

2. Dərin dondurma

Xüsusilə çiy balıq (məsələn, suşi üçün) üçün aktualdır. Balıq -20°C-də azı 7 gün dondurulmalıdır. Bu üsul bişiriləcək və ya qızardılacaq balıq üçün də uyğundur. Hətta ev heyvanları üçün nəzərdə tutulmuş balıq da əvvəlcədən dondurulmalıdır.

3. Duzlama

Daha az etibarlıdır, lakin istifadə edilə bilər. Kiçik balıqlar ən azı 2 həftə, böyük balıqlar isə 40 günə qədər duzda saxlanılmalıdır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2418   Tarix: 25 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Mumiyanı rentgen aparatına saldılar: ŞOK OLDULAR - "YAŞAYIR"

Misirdən İtaliyaya aparılan 3 min yaşlı mumiya rentgen aparatına salınıb. xəbər verir ki, məqsəd bu şəxsin yaşayış tərzini öyrənməkdir. Yekun nəticələr araşdırmalar yekunlaşandan sonra açıqlanacaq. Alimlərin sözlərinə görə, artıq onlar indidən təəccüblənməyə başlayıblar. Məlum olub ki, mumiyanın üzərind

8 sentyabr 2021
.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021
.

Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR

Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə

8 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021