Bu uşaqlar doğularkən uduzur - Psixoloqdan reaksiya

Bu uşaqlar doğularkən uduzur - Psixoloqdan reaksiya"Doğulduğun ev qədərindir" deyirlər. Amma biz nə doğulacağımız evi, nə də o evin içində bizi qarşılayacaq insanları seçə bilirik. Heç kim soruşmur bizdən: "Kimin övladı olmaq istəyərsən?"

Bəziləri doğulandan körpələr evinə verilir, bəziləri küçəyə atılır. Kimisi zorakılığın ortasında doğulur, kimisi də sevgi və şəfqət içində böyüyür. Amma ən acı həqiqətlərdən biri də bu dünyaya azyaşlı bir ananın övladı olaraq gəlməkdir.

Təkcə ötən ilin rəsmi statistikası göstərir ki, 1279 uşaq azyaşlı analar tərəfindən dünyaya gətirilib. Bu, sadəcə rəqəm deyil. Hər biri bir tale, bir həyat, bir uşaq deməkdir. Bu körpələr üçün həyat bəzən daha doğulmadan çətinliklərlə başlayır. Anası özü hələ uşaqkən, bir uşaq dünyaya gətirir. Hansı ki, o, buna nə fiziki, nə də psixoloji olaraq buna hazır deyil.

Bəs bu uşaqların həyatı necə keçir? Onlar da azyaşlı anaları kimi vaxtından əvvəl böyüməyə məcbur qalırmı? Həyatları da doğumları kimi "vaxtsız" olub keçib gedirmi?

Lent.az-a açıqlama verən tanınmış psixoloq Nizami Orucov qeyd edib ki, erkən nikahdan doğulan uşaqlarda davranış pozuntuları görülür:

"Psixoloq kimi təcrübəmdə bu cür hallara rast gəlmişəm və müşahidələrim nəticəsində onu deyə bilərəm ki, azyaşlı anadan doğulan uşaqlar çox zaman emosional qayğıdan, təhlükəsizlik hissindən və sağlam rol modelindən məhrum böyüyürlər. Ana özü hələ inkişaf mərhələsində olduğu üçün, övladına psixoloji dayaq ola bilməmək riski yüksəkdir. Bu da uşaqda özgüvən əksikliyi, davranış pozuntuları və dəyərsizlik hissinə səbəb ola bilər.

Bu, təkcə bir ailənin deyil, cəmiyyətin problemidir. Erkən nikah və analığın qarşısını almaq üçün maarifləndirmə, psixoloji dəstək və təhsilin rolu əvəzsizdir.

Unutmayaq ki, bir uşağın uşaqlığı əlindən alınanda, o, başqasının uşaqlığını da tam yaşada bilmir",-deyə N.Orucov vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 888   Tarix: 26 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Mumiyanı rentgen aparatına saldılar: ŞOK OLDULAR - "YAŞAYIR"

Misirdən İtaliyaya aparılan 3 min yaşlı mumiya rentgen aparatına salınıb. xəbər verir ki, məqsəd bu şəxsin yaşayış tərzini öyrənməkdir. Yekun nəticələr araşdırmalar yekunlaşandan sonra açıqlanacaq. Alimlərin sözlərinə görə, artıq onlar indidən təəccüblənməyə başlayıblar. Məlum olub ki, mumiyanın üzərind

8 sentyabr 2021
.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021
.

Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR

Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə

8 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021