"Fransanın Cənubi Qafqazda vasitəçilik iddiası obyektivlikdən yox, post-kolonial eqodan qaynaqlanır" - AÇIQLAMA

"Fransanın Cənubi Qafqazda vasitəçilik iddiası obyektivlikdən yox, post-kolonial eqodan qaynaqlanır" - AÇIQLAMAFransa Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını vacib hesab edir.

Sonxeber.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Fransa xarici işlər naziri (XİN) Jan-Noel Barro İrəvanda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqaz regionu Avropa üçün vacib kommunikasiya qovşağıdır.

"Bu baxımdan Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasını vacib hesab edirik", - XİN başçısı əlavə edib.

"Fransanın Cənubi Qafqazda vasitəçilik iddiası obyektivlikdən yox, post-kolonial eqodan qaynaqlanır"- bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Fransanın Cənubi Qafqazda vasitəçilik iddiası obyektivlikdən yox, post-kolonial eqodan qaynaqlanır. Parisin Bakı ilə İrəvan arasında sülh çağırışları siyasi ikiüzlülüyün nümunəsidir. Ermənistanla hərbi əməkdaşlığını genişləndirən, onu silahlandıran bir ölkənin "sülh"dən danışması ziddiyyətlidir. Fransa açıq şəkildə regionda balansı pozmağa çalışır. Bu, ATƏT-in Minsk Qrupundakı köhnə, iflasa uğramış rolunun revanşını xatırladır. Ermənistan isə hələ də sülh dilindən yox, revanşist ritorikadan əl çəkməyib. Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş addımları dəstəkləyən istənilən ölkə sülh prosesinə töhfə yox, təxribat verir. Fransa unutmamalıdır ki, Cənubi Qafqaz Parisin Afrika təcrübəsini təkrarlaya biləcəyi yer deyil. Azərbaycan bölgədə suverenliyini bərpa etmiş bir dövlətdir və diktatları qəbul etmir. Ermənistan isə öz daxilində demokratik problemlər, siyasi xaos və hərbi revanşizm girdabında boğulur. Fransanın bu ölkəyə arxa durması regional sabitlik üçün təhlükədir. İrəvan hələ də öz qonşuları ilə münasibətləri normallaşdırmaq əvəzinə, xarici himayəyə bel bağlayır. Parisin erməni diasporasına bağlı siyasəti obyektiv deyil, siyasi borcun nəticəsidir. Fransa Avropa dəyərlərindən danışsa da, burada ikili standartlarla çıxış edir. Ermənistanın sülhə hazır olmaması bölgədəki əsas problem olaraq qalır. Bu ölkə hələ də 30 illik işğal tarixinin məsuliyyətini daşımaq istəmir. Fransa isə bu məsuliyyətsizliyi ört-basdır etməyə çalışır. Sülh real niyyətlərlə deyil, real addımlarla mümkündür – erməni silahlandırılması ilə yox".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1199   Tarix: 26 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr