Əyləncə məkanına əl bombası ilə hücum – 7 nəfər yaralandı
İstanbulun Kağıthane rayonunda naməlum şəxslər tərəfindən bir əyləncə məkanına əl bombası ilə hücum təşkil olunub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, baş verən partlayış nəticəsində 3-ü ağır olmaqla, ümumilikdə 7 nəfər yaralanıb.
Əldə edilən məlumata görə, 5 mərtəbəli binanın əyləncə məkanı kimi istifadə olunan ikinci mərtəbəsinə motosikletlə gələn iki nəfər tərəfindən əl bombası atılıb.
Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, polis, bomba mütəxəssisləri, olay yeri araşdırma, xüsusi təyinatlı dəstələr, terrorla mübarizə və xilasetmə qrupları cəlb olunub.
Ərazidə təhlükəsizlik tədbirləri görülüb, partlayış yerində xüsusi təlim keçmiş itlərlə və mütəxəssislərlə araşdırma aparılıb. Hücumda iştirak edən şəxslərin müəyyənləşdirilməsi və saxlanılması məqsədilə yaxınlıqdakı təhlükəsizlik kameralarının görüntüləri də incələnir.
Yaralanan 7 nəfər – 3-ü ağır vəziyyətdə olmaqla – təcili tibbi yardımla ətrafdakı xəstəxanalara çatdırılıb. Hücumla bağlı istintaq davam edir və şübhəlilərin tutulması üçün genişmiqyaslı axtarış aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1364 Tarix: 27 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bıçaqlandığını hiss etmədən yoluna davam etdi - VİDEO
Mersinin Bozyazı rayonunda bıçaqlanma hadisəsi baş verib. terk mediasına istinadən xəbər verir ki, məlumata görə, motosikletlə yaxınlaşan şübhəli daha əvvəl mübahisə etdiyi şəxsi küçədə hücum edərək qolundan bıçaqlayıb və hadisə yerindən qaçıb. Zərərçəkən ilkin anda yaralandığını hiss etməyib və yolun
15 mayEyyubov, Daşdəmirov və general oğlu haqda - Yeni qərar
5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı ittiham olunan Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov, limanın rəisi Rəşad Daşdəmirov və Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov hakim qarşısına təkrar çıxarılıblar. qafqazinfo-y
18 mayFestivalda ana-qız dəhşəti: Gənc qızı saçını qoparana qədər döydülər - VİDEO
İngiltərənin məşhur at yarışı məkanlarından biri olan Cheltenham Hipodromu bu dəfə yarışlarla deyil, qadın tualetində baş verən dəhşətli zorakılıq hadisəsi ilə gündəmə gəlib. xarici mediaya istinadən xəbər verir ki, festival zamanı spirtli içkinin təsiri altında olan iki qadın növbədə gözləyən 20 yaşlarınd
20 mayTIR sulama kanalına düşdü: sürücü xilas oldu
Adanaın Seyhan rayonunun Gülbahçesi məhəlləsində TIR sürücüsünün idarəetməni itirməsi nəticəsində yük maşını sulama kanalına düşüb. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, sürücüsü və nömrəsi hələ müəyyən edilməyən TIR əvvəlcə dəmir məhəccərlərə çırpılıb, daha sonra kanala aşıb. Hadis
15 mayKəndi su altında qaldı: Yalnız minarənin ucu görünür - VİDEO
Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunda yerləşən Karakurt Barajında su səviyyəsinin 100 faiz doluluğa çatması nəticəsində qədim kənd tamamilə su altında qalıb. türk mediasına istinadən xəbər verir ki, kənddən geriyə yalnız məscidin minarəsinin görünən ucu qalıb. Hadisə bölgədə dron vasitəsil
20 mayMəscidin önündə kişi meyiti tapılıb - VİDEO
Ərzurumda 32 yaşlı Alihan Bülbül məscidin qarşısında başından güllələnmiş halda ölü tapılıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Yakutiyə rayonunun Kazım Karabəkir Paşa məhəlləsində yerləşən Güllüce Məscidinin qarşısında baş verib. Yerdə hərəkətsiz uzanan şəxsi görən vətəndaşla
20 may14 yaşlı şagird futbol oynayarkən həyatını itirdi
Şanlıurfaın Ceylanpınar rayonunda faciəvi hadisə baş verib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, məktəbdə dostları ilə futbol oynayan 14 yaşlı 9-cu sinif şagirdi Menderes Durmuş qəfil özünü pis hiss edərək yerə yıxılıb. Müəllimlərin dərhal müdaxilə edərək ürək masajı etməsinə baxmayaraq
15 may