"28 May xalqımızın tarixində müstəqillik və dövlətçilik ideallarına söykənən şanlı bir səhifədir" - DEPUTAT
"28 May xalqımızın tarixində müstəqillik və dövlətçilik ideallarına söykənən şanlı bir səhifədir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması çoxəsirlik dövlətçilik ənənələrimizin davamı idi və bu dəyər bu gün də müasir Azərbaycan Respublikasının inkişaf yolunda əsas dayaq nöqtələrindən biridir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, bu əlamətdar günün gələcək nəsillərə daha dolğun və dəyərinə uyğun çatdırılması istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq bayram tədbirləri, konsertlər və AXC-nin demokratik prinsiplərindən bəhs edən elmi seminarlar təşkil olunur:
"Təbii ki, bu irsin daha əhatəli tədrisi və təbliği istiqamətində dövlətimizlə yanaşı gəncliyimizin də üzərinə böyük məsuliyyət düşür. Gənclər, onlar üçün vətənpərvərlik ruhunda tədbirlərin təşkilindən, medianın, sənədli filmlərin və rəqəmsal resursların imkanlarından geniş istifadə etməklə bu istiqamətdə atılan addımları daha mütəşəkkil şəkildə, geniş müstəvidə təqdim edə bilərlər. Bununla yanaşı diaspor təşkilatlarımız və onların gənc fəalları vasitəsilə Cumhuriyyətin zəngin mədəni irsinin dünyanın müxtəlif yerlərində təbliğ etdirilməsi müstəsna əhəmiyyət kəsb edir.
Müstəqillik Günü yalnız keçmişin deyil, həm də gələcəyin təməlidir. Bu mirasın yaşadılması, qorunması hər dövlətimizin daim diqqət mərkəzindədir və bizlərdə bu uğurda öz üzərimizə düşən bütün vəzifələri layiqincə yerinə yetirməliyik".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?