Kainatın sonu necə olacaq?

Kainatın sonu necə olacaq?Kainatımız artıq 13,8 milyard ildir mövcuddur və bu müddət ərzində daima genişlənir, yəni ölçüləri artır. Lakin bu genişlənmə prosesi sonsuz deyil və sonunda fəlakətli bir sona çatacaq.

Milli.Az xəbər verir ki, alimlər uzun illərdir kainatın gələcəkdə necə inkişaf edəcəyini və nə vaxt məhv olacağını müzakirə edirlər. Hazırda kainatın sonu ilə bağlı iki əsas nəzəriyyə mövcuddur.

Böyük Donma nəzəriyyəsinə görə, kainat trilyonlarla il boyunca sürətlə genişlənməyə davam edəcək. Vaxt keçdikcə ulduzlar və qalaktikalar təkamül prosesinin sonuna çataraq yox olmağa başlayacaq. Ulduzlararası qaz çox seyrələcək, nəticədə yeni ulduzlar əmələ gəlməyəcək. Mövcud ulduzlar radiasiya və istilik yaymağı dayandıracaq, hətta qara dəliklərin formalaşması da sona çatacaq. Beləcə, kainat soyuq və qaranlıq bir vəziyyətə düşəcək.

Digər tərəfdən Böyük Böhran nəzəriyyəsi kainatın bir müddət genişlənməsindən sonra daralmağa başlayacağını irəli sürür. Bu daralma prosesində qalaktika qrupları, sonra qalaktikalar, daha sonra isə bütün ulduzlar birləşəcək. Bu zaman kainatdakı temperatur kəskin artacaq və ulduzlar tamamilə buxarlanacaq. Nəticədə kainat əvvəlki sıx vəziyyətinə qayıdacaq.

Hər iki nəzəriyyə kainatın gələcək taleyinə fərqli baxışlar təqdim edir və alimlər bu mövzuda araşdırmalarını davam etdirirlər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 971   Tarix: 28 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Buker mükafatı 2026-cı ilin namizədlərinin siyahısını açıqladı

Buker Mükafatının Təşkilat Komitəsi 163 təqdimat arasından seçilmiş altı əsərin daxil olduğu 2026-cı il üçün qısa siyahını açıqlayıb. xəbər verir ki, yekun siyahı mükafatın rəsmi saytında dərc edilib. Qısa siyahıya İngiltərə, Şotlandiya, Yamayka və ABŞ-dan olan yazıçılar daxildir. Onların arasında keçmi

23 sentyabr
.

Dünya xəritəsində yeni okean yarana bilər - Afrikanın parçalanması sürətlənib

Geoloqlara çoxdan məlumdur ki, Afrika gec-tez iki hissəyə parçalanacaq. Lakin ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları indi bu prosesin əvvəl düşünüləndən xeyli irəlilədiyi qənaətinə gəliblər. Aktiv rift zonası "kritik" nöqtəyə çatıb və yaxın gələcəkdə parçalanma baş verə bilər. Bu ba

21 sentyabr
.

"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub

Google şirkətinin Gemini süni intellekt modeli kibertəhlükəsizlik imkanlarının sınağı zamanı müstəqil şəkildə üç real şirkətin qorunan sistemlərinə giriş əldə edib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" yazıb. Hadisələr may ayında kibertəhlükəsizlik üzr

20 sentyabr
.

Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"

Ukraynanın dövlət büdcəsində hazırda çox böyük "dəlik" problemi var. Lakin bu problemin həlli ilə bağlı təkliflər mövcuddur. Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" görüşündə media ilə ünsiyyət zaman

20 sentyabr
.

Makron: İranın bombardmanları ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq

Fransa prezidenti Emmanuel Makron İranın bombardman edilməsinin bu ölkədə hakimiyyət dəyişikliyinə səbəb ola bilməyəcəyi fikrini bildirib. xəbər verir ki, Makron Amerikanın ABC televiziya kanalına verdiyi müsahibədə deyib: "Düşünmürəm ki, bir ölkəni bombalamaqla hakimiyyəti dəyişmək mümkün olsun

23 sentyabr
.

Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür

Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs

20 sentyabr
.

Nəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı

Nəhənglər əsrlər boyu mif və əfsanələrin qəhrəmanları olublar. Lakin italiyalı fizik və astronom Qalileo Qaliley insan formasına malik, lakin nəhəng ölçülərdə olan canlıların fizika qanunlarına əsasən əslində heç vaxt yaşaya bilməyəcəyini düşünürdü. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy"

21 sentyabr
.

Avropa qışa hazırlıq üçün Ukraynaya gizli avadanlıq göndərir

Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb, lakin çatdırılmalar ictimaiyyətə açıqlanmır. xəbər verir ki, agentliyin həmsöhbəti qeyd edib ki, "Avropalı müttəfiqlər artıq malik olduqları hər şeylə kömək edirlər: xüsusən də elektrik stansiyaları və istilik avadanlıqlar

21 sentyabr
.

Rusiyada təyyarə qəzaya uğrayıb, pilot xəsarət alıb

Rusiyanın Ulyanovsk vilayətində X-32 "Bekas" tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə gündüz vaxtı Annenkovo-Lesnoye kəndi yaxınlığında baş verib. Hava gəmisi yaşayış binalarından uzaq əraziyə, açıq sahəyə düşüb v

22 sentyabr