Hailey Bieberdən milyard dollarlıq addım

Hailey Bieberdən milyard dollarlıq addımGözəllik dünyasında böyük bir satınalma baş tutub. Hailey Bieber-in 2022-ci ildə təsis etdiyi və qısa müddətdə qlobal bir kosmetik brendə çevrilən Rhode, ABŞ mərkəzli kosmetika nəhəngi e.l.f. Cosmetics tərəfindən 1 milyard dollara satın alınıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 28 yaşlı model və sahibkar Hailey Bieber bu xəbəri 28 may tarixində öz rəsmi Instagram hesabında paylaşaraq ictimaiyyətə açıqlayıb. Bieber paylaşımında bunları deyib:

"Rhode markasını qurarkən ən böyük arzum onu dünya üzrə daha çox insana çatdırmaq idi. İndi bu arzum reallaşır. Özümü heç vaxt bu qədər həyəcanlı və hazır hiss etməmişdim. Rhode icmasına və komandama minnətdaram. Bu yeni dövr bizim üçün daha da heyrətamiz olacaq!"

Hailey bildirib ki, anlaşmadan sonra da Rhode markasındakı aktiv rolunu davam etdirəcək, markanın idarəçiliyində iştirak edəcək və eyni zamanda e.l.f. Beauty-nin strateji müşaviri kimi fəaliyyət göstərəcək.

Hailey Bieber-in həyat yoldaşı Justin Bieber də bu uğuru qeyd etməyi unutmayıb. O, həyat yoldaşının paylaşım görüntüsünü öz Instagram hesabında paylaşaraq yorumsuz şəkildə dəstəyini ifadə edib. Bu jesti izləyiciləri tərəfindən alqışla qarşılanıb.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1056   Tarix: 29 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı

Müğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluq etməkdə ittiham olunan "Hüquq-Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri olmuş Mübariz Məmmədov və Elçin Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlə

16 sentyabr
.

77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib

Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl

11 sentyabr
.

9 illik evlilikləri bitir

Türkiyəli müğənni Niran Ünsal həyat yoldaşı, keçmiş jurnalist İbrahim Gugunla boşanır. Axşam.az xəbər verir ki, cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirmək üçün məhkəməyə müraciət edib. İfaçı bu barədə paylaşım edərək İbrahimlə yollarını qarşılıqlı anlaşma və dost şəklində ayırdıqlarını açıqlayıb

13 sentyabr
.

Psixiatriya xəstəxanasına yerləşdirildiyi deyilən Elşad Xose ilk dəfə görüntüləndi - FOTO

Bir neçə ay əvvəl sosial şəbəkələrdə və bəzi xəbər saytlarında tanınmış repçi Elşad Xosenin səhhətinin ağırlaşdığı və onun Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi barədə iddialar yayılmışdı. Respublika Psixiatriya Xəstəxanası yayılan iddiaları təkzib etsə də, Səhiyyə Nazirliy

13 sentyabr
.

Rüfət bu yolla arıqlayır

Müğənni Rüfət Axundov arıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, sənətçi üç həftədir pəhriz saxladığını bildirib. İfaçı bu haqda "Qonaqcanlı" proqramında danışıb. O, 3 həftəyə 4,5 kiloqram çəki atdığını deyib. "Hazırda 84 kiloqram olmuşam. Hədəfim 80-78 kiloqrama qədər düşməkdir

19 sentyabr
.

Həmin obraz ona verilmişdi - Etirazlardan sonra dəyişiklik

Xəbər verdiyimiz kimi, aktyor Serhat Mustafa Kılıçın ölümündən sonra "Teşkilat"dakı rolu həmkarı Savaş Özdemirə həvalə edilib. Axşam.az-ın məlumatına görə, sosial media izləyiciləri yayım şirkətinin bu addımını tənqid edib və Serhatın ruhuna hörmətsizlik kimi qəbul ediblər. Onlar səhhətindək

13 sentyabr
.

"Kurtlar Vadisi Pusu" ilə bağlı da istintaq başladılıb - VİDEO

Türkiyənin keçmiş MİT müşaviri Kaşif Kozinoğlunun həbsxanada şübhəli ölümü ilə bağlı araşdırma çərçivəsində "Kurtlar Vadisi Pusu" serialı da istintaq obyektinə çevrilib. İstanbul Respublika Baş Prokurorluğu serialdakı bəzi səhnə və simvolların mümkün əlaqələrini araşdırır. xarici mediaya istinadl

17 sentyabr
.

Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı

Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqqızının nişanını qaytardığını açıqlayıb. xəbər verir ki, bu barədə aktrisa aparıcı Elgiz Əkbərin "Şadlıq olsun" verilişində danışıb. O veriliş zamanı toyla bağlı verilən suala aktrisa etiraz edib. Fatma Mahmudova bildirib ki, nişan qayıdıb v

10 sentyabr
.

Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR

Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü o tərəfə gedirdim. Həkim "getmə" dedi"

20 sentyabr