"Rəsmi nikahda olmamağım bəzilərini narahat edir..." - Paşinyan

"Rəsmi nikahda olmamağım bəzilərini narahat edir..." - PaşinyanErmənistanda ölkənin Baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında gərginlik artıb.

"Qafqazinfo" Ermənistan mediasına istinadən xəbər verir ki, N.Paşinyan hökumətin dünənki iclasında çıxışı zamanı Erməni Apostol Kilsəsini yenidən tənqid edib və kilsələrin hazırda yaxşı vəziyyətdə olmadığını söyləyib.

"Kilsələrimiz hinə çevrilib", - deyən Baş nazir kilsələrdən narazılığını ifadə edib.

Onun sözlərinə görə, kilsələrdə sement torbaları, köhnə, paslanmış armatur parçaları saxlanılır: "Kilsəyə gedirsiniz və orada zibil, kiminsə köhnə paltarı, ayaqqabısını görürsünüz".

O, bununla yanaşı təhsil, elm, mədəniyyət və idman nazirini kilsələr üçün standartlar təyin etməyə çağırıb.

Paşinyanın bu çıxışı ölkənin din xadimlərinin tənqidlərinə səbəb olub.

Bunun ardınca, Baş nazir feysbuk hesabında kilsələrlə bağlı paylaşımlar edərək din xadimlərini dini qaydaları pozmaqda ittiham edib.

Həmçinin Paşinyan paylaşımında hazırda rəsmi nikahda olmamasının bəzi şəxsləri narahat etdiyini vurğulayıb və bildirib: "Din xadimlərimizin yarısı eyni vəziyyətdədir və bu, heç kəsi narahat etmir".

Xatırladaq ki, N.Paşinyan ötən ilin dekabrında Anna Akopyanla nə dini, nə də rəsmi nikahının olduğunu açıqlamışdı. Bu zaman o, onların münasibətini övladlarının möhkəmləndirdiyini qeyd etmişdi. Cütlüyün 28 illik münasibətdən 4 övladı var.
"Rəsmi nikahda olmamağım bəzilərini narahat edir..." - Paşinyan"Rəsmi nikahda olmamağım bəzilərini narahat edir..." - Paşinyan


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 875   Tarix: 30 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü

Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki

20 sentyabr
.

ABŞ-da ovçu qadını maralla səhv salaraq öldürüb

ABŞ-ın Delaver ştatında 74 yaşlı kişi ov edərkən bir qadını güllələyərək öldürdüyünə görə ittiham olunub. xəbər verir ki, ştat polisinin məlumatına görə, kişi onu maralla səhv saldığını iddia edib. Merilend ştatının Solsberi şəhərindən olan Uolter Murhed, Ellendale şəhərində açıq sahədə güllə yaras

21 sentyabr
.

Samarada Ukraynanın "Rosneft" neft emalı zavodunda yanğın baş verib

Sentyabrın 22-si Samara bölgəsinə "onlarla" Ukrayna pilotsuz təyyarəsi hücum edib. xəbər verir ki, bu barədə bölgə rəhbəri Vyaçeslav Fedorişçev bildirib. "Düşmən sənaye müəssisələrini hədəfə alıb. Təəssüf ki, mülki obyektlərə, o cümlədən fərdi evlərə, avtomobillərə ziyan dəyib"

22 sentyabr
.

Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib

Ağ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib. "Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "ABŞ-nin Qrenlandiyad

20 sentyabr
.

Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"

Ukraynanın dövlət büdcəsində hazırda çox böyük "dəlik" problemi var. Lakin bu problemin həlli ilə bağlı təkliflər mövcuddur. Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" görüşündə media ilə ünsiyyət zaman

20 sentyabr
.

Rusiya Kiyev, Dnepr və Ukraynanın digər şəhərlərinə zərbələr endirib

Rusiya ordusu Ukrayna şəhərlərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirib. xəbər verir ki, Ukrayna paytaxtının meri Vitali Kliçkonun sözlərinə görə, Kiyevin Dnepropetrovsk rayonundakı beşmərtəbəli yaşayış binasına zərbə endirilib. Binanın birinci mərtəbəsi qismən dağılıb, zirzəmidə isə yanğı

22 sentyabr
.

İtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"

İtaliyanın dərinliklərində qeyri-adi geoloji proses baş verir. Alimlər ehtimal edirlər ki, yer qabığının aşağı təbəqələri tədricən ayrılaraq mantiyaya doğru batır. Bu proses yer qabığının sanki içəridən "açılmasına" bənzəyir. Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" yazıb. Apenni

21 sentyabr
.

İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər

İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində

20 sentyabr
.

Trampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi

ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd

20 sentyabr