Qalaktikamızın gələcəyi: Böyük toqquşma baş verəcəkmi?

Qalaktikamızın gələcəyi: Böyük toqquşma baş verəcəkmi?Son yüz il ərzində astronomlar hesab edirdilər ki, qalaktikamız – Süd Yolu – gələcəkdə kosmosdakı ‘‘qonşusu’’ Andromeda ilə toqquşacaq. Lakin alimlər indi müəyyən ediblər ki, belə bir hadisənin başvermə ehtimalı əvvəllər düşünüləndən daha azdır.

Sonxeber.az xəbər verir ki, bu barədə "Nature Astronomy" jurnalında dərc olunan bir araşdırmada bildirilir.

1912-ci ildən bəri astronomlar təxmin edirdilər ki, təxminən 4,5 milyard ildən sonra Süd Yolu öz ən böyük ‘‘qonşusu’’ – Andromeda qalaktikası ilə toqquşacaq. Bu, onların bir-birinə doğru saniyədə təxminən 100 kilometr sürətlə hərəkət etməsi ilə əsaslandırılırdı.

Lakin Süd Yolunun daxil olduğu Yerli Qrupda onlarla başqa qalaktika da var. Alimlər araşdırmaq qərarına gəliblər ki, bu qalaktikaların cazibə qüvvəsi əvvəllər labüd sayılan bu toqquşmaya təsir edə bilərmi?

Bu məqsədlə tədqiqatçılar Yerli Qrupdakı qalaktikaların cazibəsini nəzərə alaraq 100 min simulyasiya aparıblar. Nəticədə məlum olub ki, Süd Yolu qalaktikasının növbəti 10 milyard il ərzində Andromeda ilə toqquşma ehtimalı 50 faizdir. Amma bu hadisənin yaxın 4–5 milyard ildə başvermə ehtimalı cəmi 2 faiz təşkil edir.

Tədqiqatın həmmüəllifi Karlos Frenk bildirib:
"Biz indiyə qədər bunun qaçılmaz bir tale olduğunu düşünürdük. İndi isə bilirik ki, bu toqquşmadan yayınmaq üçün böyük ehtimal var".

Niyə böyük toqquşma baş verməyə bilər?

Alimlər müəyyən ediblər ki, Süd Yolundan daha kiçik ölçülü Böyük Maqellanik Bulud (BMB) adlı qalaktikanın Andromedaya perpendikulyar cazibə qüvvəsi var. Bu da qalaktikamızın hərəkət trayektoriyasını dəyişməyə və Andromedadan uzaqlaşdırmağa kifayət edəcək qədər təsirlidir.

Tədqiqatın əsas müəllifi Till Savalanın sözlərinə görə:
"BMB Süd Yolunu orbital müstəvidən kənara çəkir və Andromedadan uzaqlaşdırır. Bu, birləşmədən tam qurtuluş demək deyil, lakin onun ehtimalını azaldır".

Alimlər əlavə ediblər ki, əgər gələcəkdə Süd Yolu yenə də Andromeda ilə toqquşarsa, bu, ulduzların sürətli yaranması ilə müşayiət olunacaq. Ardınca gənc ulduzların partlayışı və yeni superkütləvi qara dəliyin fəallaşması nəticəsində güclü radiasiya dövrü başlayacaq ki, bu da sonradan yeni ulduzların yaranmasını dayandıracaq.

Till Savala qeyd edib:

"Bir neçə milyard ildən sonra nə keçmiş Süd Yolu qalaktikasından, nə də Andromedadan əsər-əlamət qalacaq. Qalan yalnız üzü olmayan, elliptik bir qalaktika olacaq".

Tədqiqat müəllifləri vurğulayırlar ki, qalaktikamızın gələcəyini dəqiq proqnozlaşdırmağa mane olan bir çox naməlum faktor mövcuddur. Modelləşdirmə həmçinin göstərib ki, Süd Yolunun Andromedadan daha çox Böyük Maqellanik Buludla toqquşma ehtimalı var.

Bundan əlavə, alimlər bildirirlər ki, Yer üçün əsas təhlükə Günəşdən qaynaqlanacaq: təxminən beş milyard ildən sonra o, ömrünü başa vuraraq şişəcək və Merkuri, Venera, eləcə də potensial olaraq Yer kürəsini udacaq.

Nəticə olaraq, astronomlar hesab edirlər ki, Süd Yolu qalaktikasının gələcəyi hələ də ‘‘açıq sual’’ olaraq qalır.

Xatırladaq ki, daha əvvəl alimlər qalaktikamızda eyni anda iki fərqli növ radiasiya yayan sirli bir obyekt aşkar etmişdilər. Belə aktivlik heç bir məlum kosmik cismin davranışına uyğun gəlmir.(Qaynarinfo)


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1044   Tarix: 04 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə

16 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

16 sentyabr 2021
.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021