Şahinin maşınını sürərək meyitini dağın ətəyinə yuvarlayıbmış...
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Lerikdəki qətllə bağlı birgə məlumat yayıb.
Sonxeber.az xəbər verir ki, məlumatda deyilir:
"Lerik rayon polis şöbəsi və prokurorluq əməkdaşlarının birgə fəaliyyəti nəticəsində mayın 31-də itkin düşmüş 1990-cı il təvəllüdlü şəhər sakini Şahin Şərifovun qəsdən öldürüldüyü müəyyən edilib.
Birgə həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü Elşən Ağayevin mayın 31-də Lənkəran-Lerik avtomobil yolunun 51-ci kilometrliyində özünə məxsus avtomobildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı "Makarov" tipli tapança ilə atəş açaraq Şahin Şərifovu qəsdən öldürdükdən sonra avtomobilini Lerik-Göydərə avtomobil yolunun Nisli kəndindən keçən hissəsinə sürərək meyiti yoldan aşağı istiqamətdə dağın ətəyinə yuvarlamasına əsaslı şübhələr müəyyən edilib.
Elşən Ağayevin yaşadığı evə keçirilən baxış zamanı evin həyətində yerləşən qarajın içərisindən "Makarov" tipli tapança, ona məxsus daraq və 159 ədəd patron, həmçinin avtomobilinə baxış keçirilərkən isə kiçik saxlanc yerindən 1 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.
İş üzrə müvafiq prosessual hərəkətlər icra, eləcə də zəruri ekspertizalar təyin olunmaqla istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elşən Ağayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1586 Tarix: 05 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto
Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb
17 avqustTovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur
Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd
7 avqustŞəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib
Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə
20 avqustYatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu
Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:
26 avqustVüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...
2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqı
1 sentyabrAzərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs
14 sentyabrToydan gələrkən qəzaya düşdü - Fotolar
Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl
4 sentyabrYeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video
Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c
6 avqustDTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Oxu Az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. İsla
31 avqust