Diyetoloq bitki yağları ilə bağlı həqiqəti açıqladı

Diyetoloq bitki yağları ilə bağlı həqiqəti açıqladıDiyetoloq Kerri Bison bitki yağının orqanizmə zərərləri ilə bağlı həqiqəti açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "HuffPost" məlumat yayıb.

Diyetoloq qeyd edib ki, bir çox insan günəbaxan, raps və hətta zeytun yağlarının xolesterin səviyyəsinin artmasına səbəb olduğunu düşünür. Lakin bu, tam olaraq doğru deyil. Onun sözlərinə görə, həqiqətən də qızardılmış qidaları sağlam hesab etmək çətindir, amma bu, bitki yağlarına görə yox, həmin qidaların tərkibində çoxlu duz, yağ və az miqdarda lif olması ilə bağlıdır.

Kerri Bison əlavə edib ki, bitki yağları əslində çox faydalıdır. Çünki onların tərkibində antioksidantlar və əvəzolunmaz "omeqa-6" yağ turşuları mövcuddur. Onun sözlərinə görə, "omeqa-6" orqanizm üçün vacibdir, lakin bədən tərəfindən sintez olunmur və yalnız qidalanma yolu ilə qəbul edilə bilər. Bununla belə, bu yağ turşusunun normadan artıq qəbul edilməsi xolesterin səviyyəsinin artmasına səbəb ola bilər. Buna görə də gündəlik rasionda bitki və heyvani yağların ümumi payının 35 faizdən çox olmaması tövsiyə olunur.

Diyetoloq, həmçinin qeyd edib ki, "omeqa-6" yağ turşusunun orqanizmdə potensial mənfi təsirlərini "omeqa-3" yağ turşularının (məsələn, yağlı balıqlar, kətan və çia toxumları, qoz) istifadəsini artırmaqla balanslaşdırmaq mümkündür. Beləliklə, bitki yağlarını menyudan tamamilə çıxarmağa ehtiyac yoxdur. Sadəcə, qidalanmada müxtəlifliyə diqqət yetirmək və doymamış yağ turşuları ilə zəngin olan raps və zeytun yağına üstünlük vermək kifayətdir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1770   Tarix: 05 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?

Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v

15 noyabr
.

Qədim Misirdə pişiklərə münasibətin görünməyən tərəfi üzə çıxıb

Qədim Misirdə müqəddəs hesab edilən pişiklərin əslində ağır şəraitdə yaşadığı məlum olub. xəbər verir ki, alimlər Vyana Təbiət Tarixi Muzeyində saxlanılan qədim Misir pişiklərinə aid 131 kəlləni araşdırıblar. Tədqiqatın nəticələri "Journal of Archaeological Science" elmi jurnalında dərc olunub

14 noyabr
.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr
.

Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı

Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"

14 noyabr
.

Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?

Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını

15 noyabr
.

Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir

Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin

15 noyabr
.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr
.

Pomidoru soyuducuda saxlamayın

Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə

14 noyabr
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

8 noyabr