"Azərbaycan bu gün yalnız karbohidrogen ehtiyatlarının ixracatçısı deyil, həm də strateji enerji dəhlizlərinin təşəbbüskarı və reallaşdırıcısıdır

"Azərbaycan bu gün yalnız karbohidrogen ehtiyatlarının ixracatçısı deyil, həm də strateji enerji dəhlizlərinin təşəbbüskarı və reallaşdırıcısıdır"2025-ci il 2 iyun tarixində "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən tədbirlər bir daha Azərbaycanın enerji siyasətində oynadığı aparıcı rolu və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri nümayiş etdirdi. 39 ölkədən 267 şirkət nümayəndəsinin iştirakı ilə baş tutan bu tədbir təkcə regionun deyil, eyni zamanda beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində idi. Artıq illərdir keçirilən və ənənəyə çevrilmiş "Bakı Enerji Həftəsi" hökumətləri, transmilli şirkətləri və sənaye ekspertlərini bir araya gətirən strateji platforma kimi formalaşıb".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin tədbirin açılış mərasimindəki çıxışı Azərbaycanın neft strategiyasının tarixi inkişaf yolunu və bu sahədəki mütərəqqi nailiyyətləri əhatə etdi:

"Qeyd olundu ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasəti bu gün müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilir. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" və həmin dövrdə beynəlxalq neft şirkətləri ilə qurulan əməkdaşlıq Azərbaycanın enerji sektorunun əsasını təşkil edib. Bu proseslər nəticəsində ölkə iqtisadiyyatının dirçəlməsi və beynəlxalq investorların cəlb olunması mümkün olub.
Azərbaycan bu gün yalnız karbohidrogen ehtiyatlarının ixracatçısı deyil, həm də strateji enerji dəhlizlərinin təşəbbüskarı və reallaşdırıcısıdır. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, TANAP kimi mühüm boru kəmərləri regionun və Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır. Bununla yanaşı, Azərbaycan yaşıl enerjiyə keçid istiqamətində də ciddi addımlar atır. Hədəf 2030-cu ilə qədər 6.5 giqavat həcmində bərpaolunan enerji istehsal gücünə nail olmaq və ümumi enerji balansında bu mənbələrin payını artırmaqdır.
Enerji sahəsində bu uğurlar Azərbaycanın maliyyə sabitliyi və siyasi etibarlılığı ilə də bağlıdır. Xarici borcun ÜDM-də payı cəmi 7 faizdən azdır, yoxsulluq səviyyəsi isə 5 faizdir. Bu göstəricilər ölkənin iqtisadi idarəçiliyinin nə qədər düzgün aparıldığını göstərir.
Bakı Enerji Həftəsində çıxış edən beynəlxalq rəsmilər və şirkət rəhbərləri Azərbaycanın enerji sahəsindəki mövqeyini yüksək qiymətləndirmiş, ölkənin etibarlı tərəfdaş kimi qəbul olunduğunu vurğulamışlar. Xüsusilə Böyük Britaniya, ABŞ, Avropa İttifaqı və Türkiyə rəsmilərinin çıxışları, Azərbaycanın beynəlxalq enerji bazarındakı əhəmiyyətini təsdiqlədi.
Bununla yanaşı, ötən il Bakıda keçirilmiş COP29-un nəticələri – o cümlədən İtki və Zərər Fondunun genişləndirilməsi, karbon bazarının işlək vəziyyətə gətirilməsi və Qlobal Şimal-Cənub körpüsünün qurulması – Azərbaycanın yalnız enerji ixracatçısı deyil, eyni zamanda qlobal iqlim diplomatiyasının fəal oyunçusu olduğunu göstərdi.
Bütün bu faktorlar göstərir ki, Azərbaycan enerjini təkcə iqtisadi resurs kimi deyil, eyni zamanda diplomatik alət və strateji üstünlük vasitəsi kimi istifadə edir. Bu yanaşma ölkəmizin həm regional, həm də beynəlxalq miqyasda mövqeyini möhkəmləndirir və onu enerji siyasətinin formalaşmasında aparıcı aktora çevirir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2368   Tarix: 06 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr