Reallıqdan FƏRQLƏNMƏYƏN videolar: Süni intellekt kimlərin "evini yıxacaq?"
Son günlər sosial şəbəkələrdə reallıqdan fərqlənməyən videolara rast gəlirik. Süni intellekt artıq bənzətmə mərhələsindən çıxaraq reallıqla başabaş mübarizə aparır.
Görünən odur ki, süni intellektin daha da inkişaf etməsi yaxın gələcəkdə ondan sui-istifadə hallarını artıracaq. Bəs bu texnologiya hansı sahələrdə fırıldaq məqsədilə istifadə oluna bilər? Kimlər bu cür videoların hədəfinə çevrilə bilərlər?
Mövzu ilə bağlı Oxu.Az-a danışan informasiya və kommunikasiya texnologiyaları üzrə ekspert Vahid Qasımov bildirib ki, süni intellektin generasiya etdiyi bəzi videolarda hələ də müəyyən çatışmazlıqlar aşkarlansa da, realistik videoların hazırlanmasında artıq yüksək keyfiyyət və inandırıcılıq əldə olunub.
O, sözlərinə belə davam edib:
"Bu gün süni intellekt vasitəsilə elə videolar hazırlanır ki, onların həqiqi olub-olmadığını ayırd etmək çətinləşib. Bu texnologiyalar, əsasən, rəqəmsal marketinq və kinematoqrafiya sahəsində faydalı tətbiq olunsa da, təəssüf ki, fırıldaqçılar da bu imkanlardan istifadə etməyə başlayıblar. Artıq məşhur şəxslərin adından yalan bəyanatlar səsləndirilən videolar, yaxud yaxınlarının kömək istədiyi saxta görüntülər generasiya edilir. Məqsəd isə insanları yanlış istiqamətə yönəltmək və pul mənimsəməkdir".
Ekspertin sözlərinə görə, bu kimi hallarda fırıldaqçılar "sosial mühəndislik" adlanan üsullardan istifadə edirlər:
"Bu zaman insanların emosiyalarını manipulyasiya etməklə qərarlarına təsir göstərməyə çalışırlar. Birinci halda emosional, tez təşvişə düşən və yaxınlarına həssas olan insanlar hədəf alınırlar. Onlara videozənglər vasitəsilə guya ailə üzvlərinin başına iş gəldiyi göstərilir və problemin həlli üçün pul tələb olunur. Digər halda isə asan qazanc vədi ilə insanlara hansısa platformaya və ya şəxsə pul yatırmaq tövsiyə edilir. Hər iki vəziyyətdə insan bunu öz xoşu ilə edir. Fırıldaqçılar tapılmasa, həmin şəxs pulunu birdəfəlik itirir. Burada saxta videoların rolu qurbanı inandırmaq baxımından həlledicidir".
V.Qasımov qeyd edib ki, bu cür halların qarşısını almaq üçün cəmiyyət daha ayıq-sayıq olmalı, bəzi sadə qaydaları unutmamalıdır:
"Asan qazanc tələsinə düşməyin. Əgər təklif olunan qazanc yolu qeyri-adi dərəcədə sadədirsə, çox güman ki, fırıldaqdır. Bu hallarda siz ya təşkilatçısınız, ya da qurban. Təşkilatçı olmadığınız halda, sonda aldanmağınız qaçılmazdır. Pulu yalnız hüquqi əsaslarla etibar edin. Yəni pulun ötürülməsi yalnız tarixli, imzalı və dövlət sənədi ilə təsdiqlənən müqavilə əsasında olmalıdır.
Yaxınlarınızdan gələn pul istəklərinə qarşı tədbirli olun. Əgər tanıdığınız şəxs sizdən videozəng vasitəsilə pul istəyirsə, onun şəxsiyyətini təsdiqləmək üçün yalnız sizin bildiyiniz şəxsi bir sual verin. Cavab səhv olarsa və ya cavab verilməzsə, görüntüyə aldanmadan zəngi dərhal sonlandırın".
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1246 Tarix: 07 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20 sentyabrDizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabrBina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Ukraynanın Odessa şəhərində hücumdan sonra lentə alındığı bildirilən görüntülər sosial mediada diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda hücum nəticəsində zərər görən yaşayış binası və ətraf ərazidəki vəziyyət əks olunub. Binanın bəzi mərtəbələrində ciddi dağıntıların olduğu, ərazid
18 sentyabrSüni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20 sentyabrAyaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
19 sentyabrQorxulu yuxuların səbəbi - Açıqlandı
İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində
18 sentyabrÇox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabrBədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20 sentyabrQış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar
19 sentyabr