"Bölgələrimizdəki vəziyyət əvvəlki illərlə müqayisədə tamamilə dəyişib" - DEPUTAT
"Bu gün Azərbaycanın inkişafı yalnız onun paytaxtının hesabına deyil, regionlarının da hesabına baş verir. Bölgələrimizdəki vəziyyət əvvəlki illərlə müqayisədə tamamilə dəyişib. Son illər bölgələrimizdə aparılan quruculuq işləri regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.
O, açıqlamasında qeyd edib ki, Azərbaycanda regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır:
"Məhz bu yanaşmanın nəticəsində regionların inkişafı üzrə ayrıca dövlət proqramları hazırlanaraq icra edilir.
2004-cü ildən etibarən başlayaraq, bu istiqamətdə qəbul olunan dövlət proqramları regionların sosial-iqtisadi inkişafında və həm də regionların iqtisadi inkişafda payında mühüm irəliləyişlərin əldə edilməsinə səbəb olub.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının icra olunması üçün 2019-cu ildən etibarən bu günə qədər xeyli vəsait sərf olunur. Ümumilikdə əldə olunan nəticələr xeyli müsbətdir. Həm sənayenin inkişafında, regionlarda sənaye parklarının qurulmasında, sənaye parklarında rezidentlərin sayının artırılmasında, həm kənd təsərrüfatının inkişafının sürətləndirilməsində, həm yeni iş yerlərinin açılmasında, həm regionlarımızda qaz, elektrik, su, yol infrastrukturunun yenidən qurulmasında görülən işlər Azərbaycan regionlarının inkişafını təmin edən mühüm tədbirlərdir".
Vüsalə İbrahimli
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Regionların sosial-iqtiasdi inkişafının təşviq edilməsi" mövzusuna uyğun olaraq dərc edilir.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?