Azərbaycan-Türkiyə dostluğunda yeni səhifə
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin iradəsi, qətiyyəti ilə 15 iyun Azərbaycan tarixinə qızıl hərflərlə həkk oldu. Məhz 2021-ci ilin 15 iyun tarixi iki qardaş dövlət – Türkiyə və Azərbaycan arasında Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsi imzalandı.
Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapdı. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdi ki, "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir". XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyevin dediyi "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" sözləri daim öz təsdiqini tapmışdır.
Son illər Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, diplomatik məharəti və dövlətçilik ənənələrinin yeni müstəvidə uğurla davam etdirilməsinin məntiqi nəticəsi kimi Azərbaycan Respublikası XXI əsrin qloballaşma və mürəkkəb beynəlxalq münasibətlər şəraitində bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, dövlət idarəçiliyi və hərbi sektorda nümunəvi reallıqlar formalaşdırmış, dayanıqlı iqtisadi inkişaf və parlaq hərbi qələbələr qazanmağa nail olmuşdur. 30 ilə yaxın müddət ərzində beynəlxalq hüquq normalarını heçə sayan təcavüzkar Ermənistan siyasi rəhbərliyi və ordusunun cavabı Müzəffər Ali Baş Komandanın başçılığı altında döyüşən rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci ilin cəmi 44 günü ərzində ən layiqli şəkildə verilmiş və müharibə Ermənistan Respublikası üçün tam kapitulyasiya ilə nəticələnmişdir. Həyatını vətən uğrunda qurban etmiş şəhidlərimizin əziz xatirəsi daim yaddaşımızdadır və unudulmayacaq.
Bəyannamə beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq regional və ümumi miqyasda beynəlxalq sülh, sabitlik və təhlükəsizlik üçün birgə səylərin önəmini vurğulayır. Həmçinin, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya birgə əməkdaşlığının əhəmiyyəti xüsusi qeyd edilir.
Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın yeni mərhələsinə keçid etmişdir.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?