Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə Müttəfiqliyinin Yeni Zirvəsi - DEPUTAT

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə Müttəfiqliyinin Yeni Zirvəsi - DEPUTAT"2021-ci il 15 iyun tarixi Azərbaycanın müasir tarixinə, eləcə də Türk dünyasının strateji xəritəsinə mühüm dönüş nöqtəsi kimi daxil olmuşdur. Həmin gün qədim Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ni imzalamışlar. Bu sənəd təkcə iki dövlətin rəsmi sənədi deyil, həm də tarixi, mənəvi və geosiyasi baxımdan qardaşlıq münasibətlərinin mühüm təcəssümüdür. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, "İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb". Məhz bu kəlamlar – "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" – bu tarixi sənədin ideoloji və siyasi dayağını təşkil edir. Şuşa Bəyannaməsi həmin vəsiyyətə sədaqətin, ortaq iradənin və gələcəyə yönəlmiş strateji baxışın bəyanatıdır. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında əlaqələrin bütün sahələrdə daha da inkişaf etdirilməsini nəzərdə tutur. Sənəd siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, təhsil, müdafiə və təhlükəsizlik kimi strateji sahələri əhatə edir. Bu isə münasibətlərin yalnız siyasi deyil, eyni zamanda dərin sosial-iqtisadi və hərbi-strateji əsaslara söykəndiyini göstərir. Bəyannamə geosiyasi baxımdan da böyük əhəmiyyət daşıyır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Şahin Seyidzadə danışıb.

O, açıqlamasında qeyd edib ki, Şuşada imzalanması ilə bu sənəd təkcə Azərbaycan-Türkiyə dostluğunu deyil, həm də 44 günlük Vətən müharibəsində qazanılmış Qələbənin hüquqi və siyasi təsdiqi kimi qəbul edilir:

"Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəldərək, bu əlaqələrin gələcək inkişaf istiqamətlərini müəyyən edir. Xüsusilə hərbi sahədə əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı müdafiə öhdəliklərinin gücləndirilməsi və birgə hərbi təlimlərin keçirilməsi kimi məsələlər sənəddə əksini tapıb. İki ölkə silahlı qüvvələrinin birgə fəaliyyət qabiliyyətinin artırılması, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi də bəyannamənin əsas istiqamətlərindəndir. İkinci Qarabağ müharibəsində Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının uğurlu tətbiqi bu sahədə əməkdaşlığın nəticəsi kimi qiymətləndirilir. Bəyannamə ilə bu prosesin daha da sistemli və davamlı şəkildə inkişaf etdirilməsi üçün hüquqi zəmin yaradılmışdır.
Şuşa Bəyannaməsi regional iqtisadi inteqrasiyanın təşviqi baxımından da mühüm əhəmiyyətə malikdir. Sənəddə xüsusilə Zəngəzur dəhlizinin qeyd olunması region üçün yeni bir nəqliyyat arteriyasının formalaşması deməkdir. Bu dəhliz Şərqlə Qərbi birləşdirən, Türkiyəni Azərbaycan vasitəsilə Orta Asiya və Çinlə bağlayan strateji yol olacaq. Eyni zamanda, bu layihə regionun iqtisadi xəritəsini dəyişdirəcək və Azərbaycanın tranzit imkanlarını artıracaqdır.
İqtisadi sahədə qarşılıqlı investisiya təşəbbüsləri də sənəddə yer almış əsas məsələlərdəndir. Bu təşəbbüslər sayəsində ölkələrimizdə strateji sahələrin inkişafı, ixracın şaxələndirilməsi, sənaye potensialının artırılması və qarşılıqlı ticarət dövriyyəsinin genişləndirilməsi mümkün olacaqdır. Şuşa Bəyannaməsi iki ölkənin xarici siyasət sahəsində koordinasiyasını da nəzərdə tutur. Tərəflər beynəlxalq məsələlərdə birgə mövqe sərgiləməyi, müntəzəm siyasi məsləhətləşmələr aparmağı və beynəlxalq platformalarda qarşılıqlı dəstəyi sənəd səviyyəsində təsbit etmişlər. Bu, regional və qlobal miqyasda Azərbaycanın və Türkiyənin mövqelərinin güclənməsinə şərait yaradır.
Şuşa Bəyannaməsinin imzalanması, həm də tarixi simvolizm daşıyır. Prezident İlham Əliyev bu sənədin Qars müqaviləsinə istinadla imzalanmasını vurğulayaraq, yüz il əvvəl Türkiyə ilə Cənubi Qafqaz arasında imzalanmış müqavilənin davamı kimi bu sənədi dəyərləndirmişdir. Bu, Türkiyə və Azərbaycanın yüzillik müttəfiqlik tarixinin yeni mərhələyə keçdiyini nümayiş etdirir".

Deputat onu da vurğuladı ki, bəyannamə həm də Ermənistandakı revanşist qüvvələrə mühüm ismarışdır:

"Türkiyə bu sənədlə bir daha Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini ifadə etmiş, bu cür təhdidlərə qarşı birmənalı mövqeyini ortaya qoymuşdur. Bu, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli addımdır.
Bəyannamənin imzalanmasından sonra iki ölkə arasında əməkdaşlıq yeni institusional çərçivədə davam etdirilməkdədir. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində aparılan fəaliyyətlər ölkələrimiz arasında strateji məsələlərin operativ və effektiv həllinə xidmət edir. Həmçinin, siyasi, iqtisadi və təhlükəsizlik sahələrində koordinasiyalı fəaliyyət gələcəkdə qarşıya çıxacaq çağırışların birgə aradan qaldırılmasına imkan verir.
Şuşa Bəyannaməsinin imzalanmasının ildönümləri hər il xüsusi tədbirlərlə qeyd edilir. 2022-ci ildə "Azərbaycan–Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda beynəlxalq konfrans, 2023-cü ildə isə "Heydər Əliyev İli" çərçivəsində "Qurtuluşdan Zəfərə" adlı tədbir təşkil olunmuşdur. 2024-cü ildə isə "Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Bu tədbirlər sənədin yalnız ikitərəfli deyil, regional və qlobal miqyasda da strateji əhəmiyyət daşıdığını sübut edir.
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında münasibətlərin ən yüksək zirvəyə çatdığını nümayiş etdirən siyasi və strateji sənəddir. Bu bəyannamə qardaşlıq əlaqələrinin hüquqi əsasını təşkil etməklə yanaşı, gələcək nəsillərə bir yol xəritəsi təqdim edir. Regionun sabitliyi, inteqrasiyası və inkişafı baxımından bu sənədin əhəmiyyəti getdikcə daha da artır. Azərbaycanın və Türkiyənin müttəfiqliyi artıq yalnız iki ölkənin məsələsi deyil, bütövlükdə Türk dünyasının və Avrasiya məkanının sabitliyi üçün mühüm bir amilə çevrilmişdir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2297   Tarix: 13 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xalqın milli xilaskarı və öndəri seçilən Heydər Əliyev

İnsanlıq özünü dərk edəndən ədalətli rəhbər axtarışında olub. Ədalətli rəhbər dedikdə, şübhəsiz ki, ilk növbədə cəmiyyətin sosial vəziyyətini, yaşayış və inkişafını təmin edəcək şəxs nəzərdə tutulur. Azərbaycanın müstəqilliyin bərpası ərəfəsində və ilk illərində ciddi təhlükələr məngənəsində yaşamağ

8 iyun
.

Hacı Həssənal Bolkiah İlham Əliyevə məktub göndərdi

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqda

11 iyun
.

İlham Əliyev İsveç Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Əlahəzrət,. İsveç Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adında

6 iyun
.

"Gənclər bilməlidirlər ki, müstəqillik təkcə əldə edilən deyil, həm də qorunub saxlanılan dəyərdir" - AÇIQLAMA

"15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin taleyini müəyyən edən ən mühüm tarixi mərhələlərdən biridir. Məhz 1993-cü ilin iyununda ölkədə dərin siyasi böhran, vətəndaş qarşıdurması təhlükəsi və dövlət idarəçiliyində yaranmış xaos fonunda xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyevi

9 iyun
.

"Şuşa Bəyannaməsi" böyük zəfərin təntənəsidir" - DEPUTAT

"2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının beş ili tamam olur. Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbəsindən sonra regiond

11 iyun
.

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 13-də Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb. Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan ilə Şimali Kipr arasında yüksək səviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyas

13 iyun
.

Əli Əsədov Denis Afanasyevi qəbul edib

İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyevi qəbul edib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, qəbul zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasını

25 iyun
.

"Bəyannamə regionda sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir" - DEPUTAT

"2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" təkcə iki qardaş dövlət arasında münasibətlərin inkişafında deyil, bütövlükd

11 iyun
.

Səfir: "Almaniyada bu il Azərbaycan Prezidentinin səfərinə ümid edirlər"

"Almaniya ümid edir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il Berlinə rəsmi səfər edəcək". "Report"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann jurnalistlərlə vida görüşündə bildirib. "Prezident Əliyevi Almaniyaya dəvət ediblər. Bi

15 iyun