Prezident İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşini qəbul edib.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycanla Şimali Makedoniya arasında münasibətlərin inkişafından məmnunluq bildirilib, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.
Əlaqələrimizin möhkəmlənməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunulub, bu xüsusda Şimali Makedoniya prezidentinin ölkəmizə rəsmi səfəri və keçirilən səmərəli müzakirələr qeyd olunub.
Qonaq vurğulayıb ki, Şimali Makedoniya Azərbaycanı dost ölkə kimi qəbul edir.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrimizin perspektivlərinə dair müzakirələr aparılıb, Azərbaycan və Şimali Makedoniyanın qanunverici orqanları arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub.


Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 621 Tarix: 17 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabr