İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossu qəbul edib.
Sonxeber.az AZƏRTAC-ın istinadən xəbər verir ki, söhbət zamanı uzun illərdir Azərbaycanla BP arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb.
Ölkəmizdə enerji resurslarından əldə olunan gəlirlərin səmərəli şəkildə Azərbaycanın sosial-iqtisadi inkişafına yönləndirildiyi qeyd edilib.
Bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın roluna toxunulub, ölkəmizdə karbohidrogen enerji resursları ilə bərabər bərpaolunan enerji mənbələrinin də böyük potensialının olduğu vurğulanıb. Bu xüsusda bp şirkətinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd olunub.
Görüşdə SOCAR ilə bp arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 619 Tarix: 19 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabr