"Əlində balta girir içəri" - Oğlu Dilqəm Əsgərovdan İMTİNA ETDİ

"Əlində balta girir içəri" - Oğlu Dilqəm Əsgərovdan İMTİNA ETDİKeçmiş girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasından imtina edib.

Sonxeber.az xəbər verir ki, o, bu haqda Moderator.az-a açıqlamasında bildirib:

"Əsirlikdən gələn günündən mənimlə münasibətləri pisdir. Ancaq pul, var-dövlət fikirləşir. Söz-söhbətdən daha bezmişəm. Bir yer verib mənə, orada ev tikmişəm. Gündə gedib-gəlir ki, traktorla uçurdacam. Quyudan su çəkmişəm, gəlib suyumu kəsib. 10 gündür içməli su tapmırıq. Bütün işlərimə mane olur. Mənim o adda nə atam var, nə də valideynim".

Kürdoğlu bildirib ki, artıq münasibətləri dözülməz dərəcəyə çatıb və o öz ailəsi üçün sığınacaq istəyir:

"Mən səhər tezdən bazara fəhləliyə gedirəm. Əlində balta girir içəri. Ailəmin, uşaqlarımın həyatı təhlükədədir. Şəmkir Rayon Polis idarəsinə müraciət edib, videogörüntüləri təqdim etmişəm. Polis də deyir ki, ver məhkəməyə. Mənim pulum hardandır? Onun mənə bir çöpü də lazım deyil. Gəlib üstümə düşüb deyir ki, mən əsirlikdən qayıdanda nazirlər sənə pul verib, sən onları xərcləmisən. Kimsə mənə pul veribsə, çıxıb desin. Hansı nazir verib? Atamla qardaşımın gözünü dünya malı doyuzdurmur. Bir evim var, onu da verib onlara çıxıram. Dövlətdən sığınacaq istəyirəm ki, 3 körpə övladımı bir yerə çıxarım. Belə yaşayış olmur. Bu insandan ötrü mən 7 il əziyyət çəkdim. Avropa Şurasına qədər gedib çıxdım, Fransaya, ATƏT-in MİNSK qrupuna müraciət etdim, Türkiyədə, Gürcüstanda tədbirlərdə iştirak etdim. Bu insan ancaq pul fikirləşir. Mən Dilqəm Əsgərovun yaşadığı kənddən çıxmaq istəyirəm. Məni ölümlə hədələyirlər. Özüm cəhənnəmə, uşaqlarım üçün qorxuram. Aidiyyəti qurumları mənə kömək etməyə, sığınacaq verməyə səsləyirəm" deyə o bildirib.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülsə də, 2020-ci ildə onların Bakıya gətirilməsi təmin edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1016   Tarix: 21 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən yeni geosiyasi xətt

Azərbaycan və Özbəkistan arasında münasibətlərin son illərdə sürətlə inkişaf etməsi yalnız ikitərəfli əlaqələrin genişlənməsi kimi qiymətləndirilməməlidir. Bu münasibətlər eyni zamanda Cənubi Qafqazla Mərkəzi Asiya arasında yeni siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin formalaşmasına təsir edən mühü

25 avqust
.

Bakı Metropolitenində bu yeniliklər olacaq - AÇIQLAMA

Bakı Metropolitenində qatarlararası intervalın azaldılması sərnişin sıxlığının və stansiyalarda gözləmə müddətinin aşağı salınması baxımından mühüm addımdır. Hazırda Qırmızı xətt üzrə interval 2 dəqiqə 30 saniyəyə endirilib, Yaşıl xəttdə isə 3 dəqiqə 30 saniyə təşkil edir. Xətlərin ayrılması layihəsini

25 avqust
.

Ölkə başçısının Özbəkistana səfəri regional iqtisadi əməkdaşlıq baxımından strateji əhəmiyyət daşıyır

Azərbaycan və Özbəkistan arasında iqtisadi münasibətlər son illərdə nəzərəçarpacaq dinamika nümayiş etdirir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 2024-cü illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatması bu dinamikanın mühüm göstəricilərindəndir. 2026-cı ilin yanvar-ma

25 avqust
.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri: Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23-24 avqust 2026-cı il tarixlərində Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi yadda qaldı. Səfər Azərbaycan-Özbəkistan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində daha d

24 avqust
.

Azərbaycan-Özbəkistan münasibətləri siyasi etimaddan strateji və iqtisadi tərəfdaşlığa doğru inkişaf edir

Azərbaycan-Özbəkistan arasında tarixi dostluq və qardaşlıq əlaqələri bu gün siyasi, iqtisadi və strateji məzmunla tamamlanır. Yüksək siyasi etimad, qarşılıqlı səfərlərin intensivliyi və əməkdaşlığın hüquqi bazasının ardıcıl şəkildə genişləndirilməsi münasibətlərin mühüm əhəmiyyət daşıdığını göstərir

25 avqust
.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: dostluq və strateji tərəfdaşlıq daha da möhkəmlənir - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi yadda qalıb. Daşkənddə keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycan-Özbəkistan əlaqələrinin yeni mərhələyə yüksəldiyini nümayi

24 avqust
.

Azərbaycan-Özbəkistan: İkitərəfli əməkdaşlıqdan regional tərəfdaşlığa

Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Qarşılıqlı etimad və ortaq strateji maraqlar üzərində qurulan bu əlaqələr artıq sadəcə iki qardaş dövlət arasındakı ikitərəfli münasibətlər deyil, daha geniş regional əməkdaşlığın mühüm dayaqlarından bir

25 avqust
.

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Bu il ali təhsil müəssisələrinə qəbul olunanların yarıdan çoxu ödənişli əsaslarla təhsil alacaq. "Qafqazinfo" xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin açıqladığı nəticələrə əsasən, ali məktəblərə qəbul olunan 58 947 nəfərdən 30 522-si ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb. Dövlə

24 avqust
.

Bakıda və bəzi rayonlarda KÜLƏK GÜCLƏNƏCƏK - XƏBƏRDARLIQ

Avqustun 26-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq

25 avqust