Rəsmi Bakıdan Ermənistan XİN-ə - Cavab

Rəsmi Bakıdan Ermənistan XİN-ə - Cavab"Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin "İstanbul Bəyannaməsi" və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında qəbul edilmiş qətnamələrlə bağlı 23 iyun 2025-ci il tarixli əsassız bəyanatını qətiyyətlə rədd edirik".

Sonxeber.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İslam Əməkdaşlıq Təşkilatının İstanbul Xarici İşlər Nazirləri Şurasında qəbul olunmuş qərarlarla bağlı Ermənistan XİN-in bəyanatına münasibət bildirərkən deyib.

O bildirib ki, Ermənistanın bu sənədlərin məzmununu təhrif etmək və tarixi faktları saxtalaşdırmaq cəhdi onun sülh prosesinə xələl gətirmək və beynəlxalq ictimaiyyəti çaşdırmaq səylərinin daha bir nümunəsidir.

"İƏT-in qəbul etdiyi qətnamələr, o cümlədən "indiki Ermənistan ərazisindən zorla və sistemli şəkildə qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququ" adlı qətnamə tarixi faktları əks etdirir və beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanır. Ermənistanın iddialarının əksinə olaraq, azərbaycanlıların indiki Ermənistandan sistemli şəkildə qovulması könüllü deyil, zorakılıq, hədə-qorxu və insan hüquqlarının kobud şəkildə pozulması ilə yadda qalıb. İƏT-in azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməsi Ermənistanın əsassız şəkildə təqdim etdiyi "ərazi iddiası" deyil, ədalətə və onların fundamental hüquqlarının bərpasına çağırışdır.

700 mindən artıq azərbaycanlını köçkün vəziyyətinə salmış və 2023-cü ildə Azərbaycanın suverenliyinin bərpası ilə yekunlaşmış Azərbaycan ərazilərinin Ermənistan tərəfindən təxminən 30 il davam edən qanunsuz işğalı kontekstini nəzərə alaraq, Ermənistanın 2023-cü il antiterror tədbirlərinə dair iddiası da eyni dərəcədə əsassızdır.

İƏT-in Xocalı soyqırımı ilə bağlı Ermənistanın "təhrif olunmuş şərh" kimi rədd etdiyi qətnaməsi 1992-ci ilin fevralında Xocalıda qadın və uşaqlar daxil olmaqla, 613 dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi zamanı Ermənistan silahlı qüvvələrinin törətdiyi qəddarlıq barədə danılmaz həqiqəti bir daha təsdiq edir. İnsanlıq əleyhinə bu cinayət beynəlxalq insan haqları təşkilatları tərəfindən sənədləşdirilib və bir çox ölkələr tərəfindən tanınıb. Ermənistanın, bu və digər hərbi cinayətlərə, o cümlədən işğal zamanı Azərbaycanın mədəni irsinin dağıdılmasına görə məsuliyyətini etiraf etməkdən yayınması onun sülh prosesində etibarını daha da sarsıdır.

Ermənistanın sülhə sadiqlik iddiası onun hərəkətləri ilə uyğun gəlmir. Azərbaycan ardıcıl olaraq, ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət əsasında hərtərəfli sülh sazişinin tərəfdarı olduğu halda, Ermənistan dəfələrlə kritik məsələlər üzrə qeyri-konstruktiv mövqe nümayiş etdirməklə tərəqqiyə mane olub.

İƏT-in Ermənistanı gecikmədən sülh sazişinin imzalanmasına maneələri aradan qaldırmağa çağırması beynəlxalq ictimaiyyətin Cənubi Qafqazda davamlı sabitliyi təmin edən həll üzrə gözləntiləri ilə üst-üstə düşür.

Ermənistanın İƏT-in prinsipial mövqeyini siyasiləşdirmək və öz hərəkətlərinə görə məsuliyyətdən yayınmaq cəhdləri Azərbaycanı ədalətli və davamlı sülh əldə etmək səylərindən çəkindirməyəcək. Ermənistanı revizionist ritorikasından əl çəkməyə və tarixi məsuliyyətlərini etiraf etməyə çağırırıq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 817   Tarix: 23 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr